Accessibility links

ABŞ İranla birbaşa danışıqlara iki yüksək rütbəli rəsmisini göndərir


İranın mübahisəli nüvə proqramına dair nadir birbaşa danışıqlarda iştirak etmək üçün ABŞ Cenevrəyə iki yüksək vəzifəli rəsmi göndərir.

Dövlət katibinin müavini Vilyam Börns və İranla danışıqlarda baş müzakirəçi Vendi Şerman iyunun 9-u və 10-da İran rəsmiləri ilə görüşəcək.

İranın baş nüvə müzakirəçisi Abbas Araqçı bu gün İran televiziyasına bildirib ki, ABŞ rəsmiləri ilə keçiriləcək sabahki görüşdə Avropa Birliyinin xarixi siyasət nümayəndəsi Helqa Şmit də iştirak edəcək. Onun sözlərinə görə, müzakirələrin gündəminə İrana qarşı tətbiq edilən sanksiyalar da daxil edilib.

İranla 5+1 qrupa arasında beynəlxalq nüvə danışıqları iyunun 16-da yenidən bərpa ediləcək.

Beynəlxalq qrup noyabr ayında İranla müvəqqəti razılığa gələrək İrana qarşı sanksiyaların yüngülləşdirilməsi barədə qərara gəlib. Son razılığın iuylun 20-də əldə ediləcəyi gözlənilir.
XS
SM
MD
LG