Accessibility links

ABŞ kəşfiyyatının direktoru: Casusluq və ən böyük kiber təhlükələr Rusiya və Çindən gəlir


Birləşmiş Ştatların kəşfiyyat direktoru Dan Kots çərşənbə axşamı günü Senatda dinləmələr zamanı Amerika senatorlarına bildirib ki, Rusiya və Çin ABŞ üçün ən böyük casusluq və kiber təhlükəsi təşkil edir.

O bildirib ki, bu iki ölkə qlobal səviyyədə fəaliyyətlərini genişləndirdiyi halda, Amerikanın bəzi müttəfiqləri ABŞ-ın təhlükəsizlik və ticarət sahələrində siyasətini dəyişməsi ilə Vaşinqtondan özlərini uzaqlaşdırır.

“Çin, Rusiya, İran və Şimaili Koreya həm düşüncəyə, həm də maşınlara təhlükə yaratmaq üçün kiber əməliyyatlarını daha da genişləndirir. Buraya informasiyanın oğurlanması, bizim vətənşdalarımıza təsir göstərmək, mühüm infrastrukturun işində fasilələlər yaratmaq kimi cəhdlər daxildir”, ABŞ-ın kəşfiyyat direktoru Dan Kots Senatın Kəşfiyyat komitəsində keçirilən dinləmələrdə bildirib.

Komitənin qlobal təhlükələrlə bağlı hər il keçirdiyi dinləmələrdə Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqat Bürosu və kəşfiyyat orqanlarının digər rəhbərləri iştirak edib.

“Moskva ilə Pekin arasında münasibətlər son bir neçə on il ərzində olduğundan daha yaxındır”, Dan Kots əlavə edib.

O həmçinin bildirib ki, ABŞ-ın rəqibləri qabiliyyətlərini artırıb, yeni taktikalar əlavə edərək, artıq 2020-ci ildə seçkilərinə müdaxilə etmək üçün yollar axtarır.

Dan Kotsun sözlərinə görə, Rusiyanın sosial mediada səyləri sosial və irqi zəmində gərginliklərin artırılması, rəsmilərə etibarın azaldılması və siyasətçilərin anti-Rusiya əhval-ruhiyyələrini bölüşdüyünə görə tənqid edilməsinə yönəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG