Accessibility links

ABŞ-da koronavirusa 14 milyondan çox insan yoluxub


Cons Hopkins Universitetinin bildirdiyinə görə, ABŞ-da COVID-19-a 14 milyondan çox insan yoluxub, bu virusdan ölənlərin sayı isə 275,000-dən çoxdur.

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden cümə axşamı, yanvarın 20-si, vəzifəsinə başladığı gün amerikalılardan 100 gün müddətinə maska taxmalarını xahiş edəcəyini deyib.

CNN-in müxbiri Ceyk Tapperə müsahibə verən Co Bayden amerikalılardan bunu yanvarın 20-də, inauqurasiya günü xahiş edəcəyini deyib.

"İnaqurasiyanın ilk günü ictimaiyyətdən 100 gün müddətinə maska taxmağı xahiş etmək istəyirəm. Cəmi 100 gün maska taxmaq lazım gələcək, əbədi deyil, yalnız 100 gün. Və mən düşünürəm ki, virusda ciddi bir azalma görəcəyik," Bayden bildirib.

Kaliforniya qubernatoru Qavin Nyusom ştat sakinlərinə evdə qalma göstərişi verməyə hazırlaşdığını bildirib. Göstəriş ştatın beş bölgəsindəki xəstəxanalardakı reanimasiya şöbələrinin xəstələrlə 85%-dən çox dolmasından sonra veriləcək. Bu, hələ baş verməsə də, yaxın zamanda baş verəcəyi gözlənilir.

Cənubi Koreyada COVID-19-a yoluxma hallarındakı sıçrayış səhiyyə rəsmilərini insanları Milad və Yeni il şənliklərindən imtina etməyə çağırıb və bunu onlayn vasitəsilə etməyi tövsiyə edib.

Cənubi Koreya cümə günü 629 koronavirusa yeni yoluxma hallarının qeydə alındığını bildirib. Bu, aylardır virusun qarşısının alınması modeli olan bir ölkədə ən yüksək səviyyədir.

İtaliyanın baş naziri cümə axşamı Milad bayramı tətilindən yanvarın 6-na qədər ölkə daxilində səyahət etməyi məhdudlaşdıran sərəncam imzalayıb.

İtaliya cümə axşamı ölkə boyu 23,255 COVID-ə yoluxma halının, 933 ölüm halının qeydə alındığını bildirib.

ABŞ COVID-19 peyvəndinin tətbiqi üzərində işləyərkən, cümə axşamı rəsmilər hakerlərin peyvəndləri paylamağa hazır olan şirkətləri hədəf aldığı barədə xəbərdarlıq edib.

Cümə axşamı yaydığı blog yazısında IBM peyvəndin lazımi soyuq temperaturda saxlanılmasından məsul olan insanlar və müəssisələr zəncirinin kiber hücum məqsədilə hədəf alındığını aşkar etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-ın Müdafiə naziri Gürcüstanda rəsmi səfərdədir
please wait

No media source currently available

0:00 0:11:39 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG