Accessibility links

ABŞ-da COVİD-19-a yoluxanların sayı artdıqca işsizlik təzminatı istəyənlərin də sayı artır


Qanunvericilərin başqa bir xilasetmə paketini nəzərdən keçirdiyi və pandemiya səbəbindən daha yüz minlərlə Amerika işçisinın federal yardıma müraciət etdiyi bir vaxt ABŞ-da COVID-19-a yoluxanların sayı 4 milyona yaxınlaşır.

Birləşmiş Ştatların Cons Hopkins Universitetinin məlumatına görə, dünyanın 15.2 milyon təsdiqlənmiş yoluxma halının 3.97 milyondan çoxu ilə ABŞ COVID-19-a yoluxma halları ilə dünyada liderliyini davam etdirir. ABŞ 143 min 200 COVID-19 ölümu ilə də dünya lideri olaraq qalır. İkinci yerdə isə pandemiyadan ölənlərin sayı 82 min 771 olan Braziliyadır.

ABŞ-da koronavirusa yoluxmaların sayı artdıqca təzminat üçün müraciət edən işsizlərin də sayı artır. ABŞ-ln Əmək Nazirliyi cümə axşamı bizneslərin bağlanması ilə və viruz məhdudiyyətləri səbəbi ilə 15 həftə ərzində 1.4 milyon insanın təzminat üçün müraciət etdiyini bildirib.

İşsizlik rəqəmləri cümə axşamı Senatın çoxluq lideri Mitç Makkonnel 1 trilyon dollarlıq COVID-19 xilasetmə paketini təqdim etməyə hazırlaşarkən açıqlanıb. Demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası iki ay əvvəl 3.5 trilyon dollarlıq xilasetmə qanunu qəbul edib və dövlət və yerli hökumətlərə yardım üçün daha çox maliyyənin tələb olunduğunu bildirib.

Respublikaçıların başçılıq etdiyi Senat isə maliyyələşdirmənin təxminən 1 trilyon dollara qədər məhdudlaşdırılmasını və bu vəsaitin açılıması planlaşdırılan məktəblər, müəssisələr və xeyriyyə təşkilatları üçün istifadə edilməsini tələb edib.

Bu arada ABŞ-da ardıcıl iki gündür 1000-dən çox ölüm halı qeydə alınıb. Kaliforniya çərşənbə günü koronavirusa ən çox təsdiqlənmiş yoluxma halları ilə Nyu-Yorku arxada qoyaraq, ən yüksək mərhələsinə çatıb. Bu qərb ştatında yoluxanların sayı 422 mindən çoxdur və 12,100-dən çoxu çərşənbə günü qeydə alınıb.

Prezident Donald Tramp çərşənbə günü hökumətin koronavirus pandemiyasının qaynar nöqtələri olan qocalar evlərinə əlavə 5 milyard dollarlıq yardım ayrılacağını bildirib.

ABŞ hökuməti eləcə də COVID-19 peyvəndinin 100 milyon dozasını hazırlamağa müvəffəq olduqları təqdirdə Amerikanın formakologiya nəhəngi Pfizer və Almaniyanın bio-texnoloji şirkəti BioNTech SE-yə 1.95 milyard dollar ödəyəcək.

XS
SM
MD
LG