Accessibility links

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi: Çox ağır zamanlar gəlir


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) çərşənbə günü sərt qış ayları yaxınlaşdıqca ölkə boyu COVID-19-a yoluxma hallarının da artacağı barədə xəbərdarlıq edib.

"Həqiqət budur ki, dekabr, yanvar və fevral ayları çətin olacaq. Mən bu ölkənin səhiyyə tarixində ən çətin bir dövrün olacağına inanıram" - deyə, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfied ABŞ Ticarət Palatası Fonundunun təşkil etdiyi tədbirdə bildirib.

Redfild koronavirusun səbəb olduğu COVID-19-a yoluxma hallarının əvvəlkilərə nisbətən daha çox olduğunu deyib. O, infeksiya və ölümlərin coğrafi əhatəsini və daha sürətli trayektoriyasını qeyd edərək, ABŞ-da hər gün virusdan təxminən 2000 ölüm halının qeydə alındığını bildirib.

Redfild ölkə boyu xəstəxanalarda işçilər üzərində gərginliyin artdığı və çarpayı çatışmazlığı ilə bağlı da xəbərdarlıq edib.

COVID-ı İzləmə Layihəsinə görə, pandemiya başlayandan bəri çərşənbə günü ilk dəfə 100 000-dən çox koronavirus xəstəsi xəstəxanalara yerləşdirilib.

Bir çox amerikalı sosial məsafə və maska taxmaq kimi qaydalardan bezsə də, Redfild insanları yaxın aylarda da bu qaydalara riayət etməyə çağırıb.

Səhiyyə mütəxəssisləri qapalı yerlərdə böyük qruplarla uçmağı və toplaşmağı məsləhər görmür.

Səhiyyə ekspertlərinin təyyarələrlə uçmamaq və qapalı yerdə böyük qruplarla toplanmamaq kimi tövsiyələrinə baxmayaraq, keçən həftə Şükran bayramı tətilinə çıxan milyonlarla amerikalı səyahətə çıxıb.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi çərşənbə günü bildirib ki, virusa yoluxan biri ilə potensial əlaqədə olmuş hər kəs 10 gün ərzində karantinə alınmalıdır.

Cons Hopkins Universiteti Koronavirus Resurs Mərkəzi bu il ABŞ-da koronavirusdan 273 mindən çox ölüm, 13,9 milyondan çox yoluxma halının qeydə alındığını bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG