Accessibility links

ABŞ-la Çin “ticarət müharibəsində”barışıq elan edib


ABŞ-la Çin iki ölkə arasındakı “ticarət müharibəsində”barışıq elan etdikdən sonra bazar ertəsi Asiya səhmləri qalxmağa başlayıb.

Bazar ertəsi Çinin əsas səhm birjalarında indekslər 2.7 faiz, Honq Konqun Hanq Senq birjasında idekslər 2.8 faiz və Yaponiyanın Nikkei 225 indeksi 1.4 faiz qalxıb.

Ticarət razılaşması ABŞ prezidenti Donald Trampla Çin prezidenti Şi Tsinpinqin Böyük 20-lər ölkələrinin Argentina sammiti çərçivəsində keçirdikləri görüşdə əldə olunub.

Argentina sammitindən vətəninə dönərkən müxbirlələ görüşən Tramp deyib ki, razılıq indiyədək əldə edilən ən böyük razılıqdır.

Prezident bunun kənd təssüfatı, sənaye istehsalı və kompütürlər kimi hər bir məhsula şamil edildiyini deyib.

Liderlər sammitdən sonra yemək süfrəsində görüşüblər və nu günün ən gözlənən hadisələrindən biri idi.

Tramp 200 milyard dollarlıq Çin məhsullarına 25 faiz deyil, əvvəlki kimi 10 faizlik tarifin saxlanacağını qeyd edib. O, daha öncə yanvar ayının 1-də 25 faizlik tarfilərin qüvvəyə minəcəyini deyirdi.

Öz növbəsində Çin də ən yaxın gələcəkdə kənd təsərrüfatı məhsulları da daxil olmaqla, böyük həcmdə ABŞ malları alacaq.

Ağ evin sözçüsü Sara Sanders bildirib ki, tərəflər ABŞ biznesi üçün böyük əhəmmiyyət daşıyan intellektual mülkiyyətin müdafiəsi də daxil olmaqla, bir sıra çətin problemləri müzakirə etmək razılığına gəliblər.

Bu məsələlərlə bağlı danışıqlar təcili başlayacaq və 90 gün üçün nəzərdə tutulur.

Əgər danışıqlar baş tutmasa ABŞ-ın tarifləri qaldırmaq hüququ var.

XS
SM
MD
LG