Qlobal koronavirus pandemiyası Cənub-Şərqi Asiyanı iflic vəziyyətə salmağa davam etdiyi bir vaxt ABŞ Müdafiə naziri Lloyd Austin Çinin artan hərbi imkanlarından narahat olan müttəfiqlərini birləşdirmək üçün regiona yola düşür.
“Bu çox gözəl bir ziyarət olacaq,” Austin Asiyadan öncə cümə günü onunla birlikdə Alaskaya səfər edən müxbirlərə bildirib.
“Biz regionda sabitliyə dəyər qatırıq, mənim məqsədim münasibətləri gücləndirməkdir,” o deyib.
Austin gələn həftə Sinqapur, Vyetnam və Filippinə səfər edəcək. Bu, Bayden admninstrasiyasının yüksək vəzifəli üzvünün Cənub-Şərqi Asiyaya ilk səfəridir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Cənub-Şərqi Asiya üzrə təhlilçisi Murrey Hiebert Amerikanın Səsinə bildirib ki, “[sabiq Prezident Donald] Trampın administrasiyası altında Cənub-Şərqi Asiyaya kifayət qədər diqqət yetirilmədiyinə” dair “ümumi bir düşüncə” yarandığı üçün region ABŞ-la əlaqəyə hazırdır.
“Bununla bağlı bəzi gileylənmələr– mətbuatda çıxan xəbərlər, beyin mərkəzlərində çıxan yazılar – olub ki, bəs ABŞ hardadır?”
“Bayden administraiyası artıq yeddi aydır vəzifədədir, amma onlar hələ heç nə etməyiblər,” Hiebert deyib.
Austin iyun ayında Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Sinqapurda (IISS) hər il keçirilən Şangri-La Dialoq görüşünə böyük bir deleqasiyaya rəhbərlik etməyi planlaşdırırdı, lakin iclas COVID-19 narahatlıqları səbəbilə təxirə salındı. Onun iyulun 27-də Sinqapura səfəri zamanı IISS də çıxış edəcəyi gözlənilir. Çıxışında Austinin region boyu Çinin aqressiyasının inteqrasiya olunmuş bir şəkildə yayındırmağın yollarına yeni baxış”ı axtarmaqdan danışacağı ehtimal olunur.
Çinin sahil təhlükəsizlik xidməti və hərbi dəniz gəmiləri tez-tez Filippinin xüsusi iqtisadi zonasında balıqçılara təzyiq göstəriblər. Çinin gəmiləri həmçinin Malayziya və Vyetnam sahillərində neft və qaz kəşfiyyatçılarını təngə gətiriblər.
Austin çərşənbə günü Pentaqonda müxbirlərlə bildirib ki, o, Amerikanın dənizlərin azadlığına sadiqliyini bir daha vurğulamağı planlaşdırır. Bu isə onun sözlərinə görə, Çinin mübahisəli Cənubi Çin Dənizində irəli sürdüyü “faydasız və əsassız” iddialarına ziddir.
“Biz inanırıq ki, hər hansı bir ölkənı bizə qaydaları diktə etməməlidir,” Austin deyib.