ABŞ rəsmilərinin bildirdiyinə görə, Sərhəd Patrul agentliyi tərəfindən həbslər son dörd ay müşahidə edilən artımdan sonra iyun ayında fevral ayı ilə müqayisədə ən aşağı səviyyəyə düşüb.
Bu eniş mövsümlə əlaqədar tendensiyaları əks etdirə və yaxud da prezident Donald Trampın qanunsuz olaraq ölkəyə daxil olan şəxslərin cəzalandırılmasını nəzərdə tutan "sıfır tolerantlıq" siyasətinin təsirindən irəli gələ bilər.
İyun ayında agentlik Meksika ilə sərhəddə 34057 həbs həyata keçirib.
Agentliyin anonim qalmaq istəyən rəsmisinin sözlərinə görə, iyun ayında Meksika ilə sərhəddə 34,057 həbs həyata keçirilib. Bu, may ayında olan 40,344 həbslə müqayisədə 16 faiz azdır. Lakin rəqəmlər hələ rəsmən ictimaiyyətə açıqlanmayıb. İyun ayı üçün ilkin rəqəmlər dəyişikliklərə məruz qala bilər.
Həbslər hələ də keçən ilin iyun ayı ilə müqayisədə iki dəfə artıqdır. 2017-ci ilin iyun ayında bu rəqəm 16,077 nəfər idi. Yaz aylarından başlayan kəskin azalma Tramp administrasiyasının böhranlı durumda olan sərhədlə bağlı son şərhlərinin təsiri ola bilər.
Sərhəd Patrul agentliyi da daxil olduğu Gömrük və Sərhəd Mühafizə Xidməti rəqəmləri şərh etməkdən imtina edərək, bunu onların dəqiqləşdirilmiş şəkildə ictimaiyyətə açıqlanmasından öncə düzgün saymayıb.
Agentlik may ayının əvvəllərində uşaqları ilə gələn şəxslər də daxil olmaqla, hər bir qeyri-qanuni mühacirin məhkəməyə cəlb edəcəyini bildirib. İki mindən çox uşağın valideynlərindən ayrılması beynəlxalq səviyyədə etiraza səbəb oldu. Donald Tramp iyunun 20-də bu siyasəti dəyişib, uşaqların ailələri ilə birlikdə qalmasına dair sərəncam imzaladı.
Gömrük və Sərhəd Mühafizə Xidmətinin Komissarı Kevin Makalenan agentlərə qeyri-qanuni girişlə əlaqədar işlərin cinayət hallarının mövcud olduğu, ya da uşağın rifahı sual altında olduğu hallar istisna edilməklə başqa hallarda həbs məqsədilə Ədliyyə nazirliyinə ötürülməsini müvəqqəti olaraq dayandırması haqda göstəriş verib. Onun göstərişi Trampın ailələrin parçalanmasının qarşısını almaq üçün imzaladığı sərəncamdan "bir saat keçməmiş" gəldi.
Keçən həftə Makalenan müxbirlərə iyun ayında sərhəd həbslərinin azaldığını bildirib. Lakin o, rəqəmləri iyul ayında ictimaiyyətə açıqlanmasından öncə deyə bilməyəcəyini söyləyib.
"Mən inanıram ki, sərhədin gücləndirilməsi məsələsinə diqqət sərhəddə keçidə təsir göstərib", Kevin Makalenan deyib.
İsti hava şəraiti də sərhəd keçidinə təsir göstərən amillərdən biri hesab edilir. Texas, Kaliforniya, Arizona və Nyu Meksika ştatlarının bir çox bölgələrində ölümcül istilər insanları bu cür hava şəraitində piyada sərhədi keçmək fikirlərindən daşındırır.