Accessibility links

Mississippidə güclü yağışlar daşqınlara səbəb olub


Birləşmiş Ştatların körfəz sahillərini vuran qasırğanın təsiri olaraq, Mississippi çayının sahillərindəki ştatlara güclü yağışlar yağır.

Sinoptiklər Barri qasırğasının arxasınca Arkanzas, Tennisi, Missuri və Mississippi ştatlarında 7-dən 15 santimetrə qədər əlavə yağış yağacağını bildirib.

Şənbə günü Barri qasırğası birinci kateqoriya ilə Luiziananı vurub. Qasırğa Nyu-Orleansı birbaşa vurmasa da, bölgə elektriksiz qalıb və ştatın bəzi hissəsində daşqınlar olub.

Qasırğanın ciddi fəsadları barədə məlumat verilməyib.

Qasırğadan əvvəl Luizianada fövqəladə vəziyyət elan edən Birləşmiş Ştatlar prezidenti Donald Tramp federal fondlara fırtınadan sonrakı bərpa işlərində yerli rəsmilərə yardım etmələrinə göstəriş verib.

Barri 2019-cu ilin Atlantik qasırğası mövsümünün ikinci qasırğasıdır və bu mövsüm noyabrın sonuna qədər davam edəcək.

XS
SM
MD
LG