Accessibility links

Britaniyadan ABŞ-a səyahət edənlər COVID testindən keçməli olacaq


ABŞ rəsmiləri Britaniyadan gələn bütün səyahətçilərin COVID-19 testinin mənfi olduğunu sübut etmələri tələbini nəzərdən keçirir.

Xəbər agentlikləri Ağ Evin Koronavirus İş Qrupunun bazar ertəsi bir araya gələrək, sərnişinlərin Britaniyadan çıxmazdan əvvəl 48 və ya 72 saat ərzində testlərinin mənfi olduğunu sübut etdikləri ilə bağlı bir qayda hazırlamağı müzakirə etdiyini bildirib.

Qayda ilə bağlı təklif COVID-19-un yeni bir variantının Britaniyanın cənub bölgələrinə sürətlə yayılması səbəbiylə 40-dan çox ölkənin Britaniyadan səyahətlərə qadağa qoymasından sonra ortaya çıxıb.

ABŞ Britaniyadan uçuşlara məhdudiyyət qoymasa da, Nyu Yorkun qubernatoru Endryu Kuomo Britaniyadan bu ştata uçan hava yollarından təyyarəyə minmədən əvvəl bütün sərnişinlərin COVID-19 testindən keçməsini istəyib. Üç hava yolları şirkəti - Virgin Atlantic, British Airways və Delta Airlines qubernator Kuomonun tələbini qəbul edib.

ABŞ-ın qərbindəki Vaşinqton ştatının qubernatoru Cey İnsli bazar ertəsi COVID-19-un oxşar mutasiyasının aşkar edildiyi Britaniya və Cənubi Afrikadan gələn bütün səyahətçilərin 14 gün karantində qalmalarına göstəriş verib.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri, doktor Entoni Fauçi bazar ertəsi koronavirusun variantının ABŞ-da da olmasının mümkün olduğunu deyib.

Almanyada yerləşən BioNTech əczaçılıq şirkətinin rəhbəri ABŞ-dakı həmkarı Pfizer ilə hazırladığı COVID-19 peyvəndinin yeni, mutasiya olmuş variantina qarşı da işləyəcəyi ehtimalının yüksək olduğunu deyib. Uğur Şahin Berlində jurnalistlərə deyib ki, lazım gələrsə peyvənd altı həftə ərzində dəyişdirilə və paylana bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın devrilmiş Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG