Accessibility links

Portlandda etirazlar 56 gündür davam edir


Çərşənbə günü gecə ABŞ-ın federal agentləri Oreqon ştatının Portland şəhərindəki federal ədliyyə binasının qarşısına toplaşan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Agentlər gözyaşardıcı qazdan istifadə edərkən şəhərin meri Ted Viler də ədliyyə binasınln qarşısındakı hasarın yanında dayananlar arasında olub.

Etirazçılar Portlandda ardıcıl 56 gündür polis zorakılığına, irqi bərabərsizliyə və federal qüvvələrin bu yaxınlarda şəhərə yerləşdirilməsinə qarşı mitinqlər keçirir.

Şəhər meri həmrəyliyini göstərmək üçün mitinqin keçirildiyi yerə səhər saatlarına gəlsə də, etirazçıların çoxu qışqıraraq, onun orada olmasını istəməyib.

Tənqidçilər Vilerin polis qüvvələrinə nəzarət edə bilməməkdə, polisin gözyaşardıcı qazdan istifadə etməsivə həbslərdə günahlandırır. Polis şəhərdəki vəziyyəti qiyam kimi qiymətləndirib. Nümayişlərinə bizneslərinin işinə mane olan sahibkarlar da Vileri vəziyyətə nəzarət edə bilməməkdə ititham edib.

Çərşənbə günü Oreqonun baş prokuroru federal orqanların mübahisəsinə səbəb olmasına baxmayaraq, etirazçıları səbəbsiz həbs edən və həddindən artıq güc tətbiq edən agentləri məhkəməyə verib.

Şərhlərə bax

XS
SM
MD
LG