Accessibility links

Qocalar evlərinin "Qucaqlaşma çadırı"


Qocalar evlərinin "Qucaqlaşma çadırı"
please wait

No media source currently available

0:00 0:02:13 0:00

ABŞ-dakı qocalar evinin sakinləri koronavirus pandemiyasından əvvəlki həyatlarına qayıda bilib. Bu "Qucaqlaşma çadırı" sayəsində sakinlər plastikdən olan geyimləri geyinərək ailələri ilə qucaqlaşa, əl-ələ verə bilir.

87 yaşlı Cini Şeldon demensiyanın bir növü olan Alzaymer xəstəliyindən əziyyət çəkir. Kolorado ştatının Denver şəhərinin Cunayper Vilic bölgəsinin sakini indi aylardır edə bilmədiyi bir şeyi edir. O, oğlunu qucaqlaya bilir.

Oğlu Tom keçən keçən ilin oktyabr ayından bəri onu yaxından görmədiyini deyir. "O, ailənin yanında olmamaq, ayrılıq ağrısını hiss edir. Ömrü boyu ailəsi ilə çox olub və indi bunu izləmək çox çətindir."

Tom super qalın plastik örtüklər vasitəsi ilə olsa da, qocalar evində belə bir çadır quran insanlara minnətdar olduğunu deyir. “Qucaqlaşa bilmək və onu hiss edə bilmək çox gözəl idi. O da məni qucaqladı. Yaddaş problemləri olsa da, onlar hazırkı anı yaşayır və hər andan ləzzət ala bilirlər.”

Koronavirusa 28 milyondan çox təsdiqlənmiş yoluxma halı qeydə alınan ABŞ dünyada xəstəliyin ən çox təsirinə məruz qaldığı ölkədir.

Cunayper Vilicdən olan Anna Hostetter deyir ki, xüsusilə yaşlı insanlar üçün qucaqlaşmanın böyük mənası var. "Hər istifadədən sonra dezinfeksiya edilən bu çadırda onlar bir ilə yaxındır edə bilmədiklərini nəhayət edə bilir, sevdiklərini qucaqlaya və ya əllərindən tuta bilirlər."

Burada könüllü olaraq işləyən Amanda Meyer deyir ki, bəzi anlar ürəkaçan olmasa da, eyni zamanda onlar ürəyinizə bir şəfqət gətirir. “Ömrüm boyu bu insanlarla birlikdə yaşamışam, bu insanlarla, onların ailələləri ilə işləmişəm və aylardır onların ailələri ilə heç bir fiziki əlaqəsi olmamasını düşünmək mənim ürəyimi parçalayırdı. Mənim üçün böyük mükafat onları xoşbəxt görməkdir.”

Pandemiya başlayandan bəri ABŞ boyu çoxlu oxşar çadırlar quraşdırılıb. Britaniya və Braziliya kimi ölkələrdə bənzər çadırlar "qucaqlaşma pərdələri" adlanır.

XS
SM
MD
LG