Accessibility links

Ağ Ev: Əsəd rejiminin nümayəndələrinin ABŞ-da diplomatik fəaliyyətinə yol verə bilmərik


ABŞ rəsmiləri Suriyanın Vaşinqtondakı səfirliyinin fəaliyyətinin dayandırılması haqda qərar verib.

Rəsmilər ABŞ vətəndaşı və ya qanuni yaşayış icazəsi olmayan Suriya diplomatlarının ölkəni tərk etməli olduğunu bildirib. Qərarla həmçinin Suriyanın ABŞ-ın Texas və Miçiqan ştatlarındakı iki konsulluğunun da bağlanması da nəzərdə tutulur.

Ağ Evin sözçüsü Cey Karini administrasiyanın qərarını şərh edərək deyib ki, Əsəd rejiminin Suriya xalqına qarşı törətdiyi qəddar əməllər nəzərə alınaraq, ABŞ hökuməti rejimin təyin etdiyi nümayəndələrin Vaşinqtonda fəaliyyət göstərməsini yolverilməz hesab edir.

Dövlət katibi Con Kerri ABŞ hökumətinin Suriyanın nümayəndəliyinin paytaxtda fəaliyyət göstərməsini təhqir qəbul etdiyini və buna görə də səfirliyi bağlamaq qərarına gəldiyini bildirib.

ABŞ-ın qərarının Suriyanın BMT-dəki missiyasına təsir etməyəcəyi gözlənilsə də, bu ayın əvvəlli Dövlət Departamenti Suriyanın BMT-dəki nümayəndələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edib .

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG