Accessibility links

ABŞ Rusiyanı nüvə sazişindən çıxacağı ilə təhdid edir


ABŞ Rusiyanı nüvə sazişindən çıxacağı ilə təhdid edir
please wait

No media source currently available

0:00 0:02:17 0:00

ABŞ Rusiyanı nüvə sazişindən çıxacağı ilə təhdid edir

ABŞ dövlət katibi Mayk Pompeo Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra Rusiya ilə bağlı bəyanata verib.

"ABŞ bu gün bəyan edir ki, Rusiya razılaşmanın şərtlərini pozub. Əgər Rusiya 60 gün ərzində öz öhdəliklərini tam şəkildə yerinə yetirməsə ABŞ müqavilədən çıxmaq prosesinə başlayacaq. Biz bu addımları bir neçə səbəbə görə atacağıq. Bunlardan birincisi isə Rusiyanın hərəkətlərinin ABŞ-ın milli təhlükəsizliyini, müttəfiq və tərəfdaşlarımızın təhlükəsizliyini pozmasıdır." - deyə, Mayk Pompeo çıxışında qeyd edib.

Rusiya mühüm nüvə paktının şərtlərini pozduğunu inkar edir. Ancaq BMT-nin baş katibi Yens Stoltenberq bildirib ki, İttifaq yeni rus raketləri ilə bağlı son dərəcə narahatdır və Moskvaya INF müqaviləsinin ödəliklərini təmin etməklə bağlı çağırış edib.

Pompeo çərşənbə axşamı Brusseldə Avropa auditoriyasına İkinci Dünya Müharibəsindən sonra əldə olunmuş beynəlxalq nizamın pozulması ilə bağlı çıxış edib. O, BMT və Avropa Birliyi ilə bağlı tənqidlərini dilə gətirib.

"Müqavilələr pozulduqda bunu edənlər qarşı- qarşıya gətirilməlidir ki, müqavilələr ya bərpa ya da ləğv olunsun. Sözlərin bir mənası olmalıdır. Buna görə də administrasiyamız bizim süveren maraqlarımıza və ya müttəfiqlərimizin maraqlarına xidmət etməyən köhnəlmiş və ziyanlı müqavilələrdən, ticarət və digər beynəlxalq razılaşmalardan qanuni olaraq çıxmaq və ya yenidən müzakirə etmək istəyir." - deyə, dövlət katibi əlavə edib.

Rusiyanın Krım yaxınlığındakı Azov dənizində Ukrayna gəmilərinə atəş açması və ukraynalı dənizçilərin ələ keçirilməsi barədə sualı cavablandıran Pompeo bildirib ki, Rusiyanın hərəkətləri qanunsuzdur.

"Biz ümid edirik ki, Rusiya bu gün saxladığı dənizçiləri dərhal geri qaytaracaq. Biz Rusiya üçün bu davranışının sadəcə qəbuledilməz olduğunu göstərəcək bir sıra cavab tədbirləri hazırlayacağıq."

Prezident Donald Tramp Vladimir Putin ilə ötən həftə Argentinada planlaşdırılan görüşün ləğv edilməsini ukraynalı dənizçilər hadisəsi ilə əsaslandırıb.

XS
SM
MD
LG