ABŞ rəsmiləri Rusiyanın Krımda və Ukrayna ilə sərhəddə qoşunları azaltmaq sözünü tutacağından əmin deyillər və bununla bağlı nə isə demək üçün “çox tez” olduğunu bildirirlər.
Pentaqon bazar ertəsi bildirib ki, belə görünür ki, Rusiya bəzi qoşunlarını geri çəkib, amma orada təhlükə davam edir.
“Biz bəzi qüvvələrin Ukraynadan uzaqlaşdırıldığını gördük,” Pentaqonun mətbuat katibi Con Körbi müxbirlərə deyib. O əlavə edib ki, ABŞ ordusu “bunu çox, çox yaxından izləyəməyə davam edəcək.”
ABŞ və Qərb rəsmiləri Moskvanın 2014-cü ildə Krım yarımadasını işğal və zəbt etmək əmrini verəndən bəri Rusiya qüvvələrinin ərazidə ən böyük qüvvə toplaması ilə bağlı dəfələrlə narahatlıqlarını ifadə ediblər. Avropa rəsmiləri ötən il bildirib ki, 100 000-dən çox ruisya qüvvəsi Ukrayna ərazisinə çox yaxın məsafədə yerləşdirilib.
ABŞ-ın və Qərbin narahatlıqlarından fərqli olaraq Rusiya rəsmiləri davamlı olaraq Ukraynanı regionda problemin səbəbi olmaqda günahlandırıblar.
Bazar ertəsi Rusiyanın xarici işlər nazirliyi bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Kyivin Ukraynanın şərqində “təxribatçı fəaliyyəti”ni vurğulayıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən cümə axşamı Ukrayna ilə sərhəddə qoşunların iştirakı ilə keçirilən hərbi təlimlərin başa çatdığını və onların mayın 1-dək daimi bazalarına geri dönəcəklərini bildirib.
Həmin gün NATO rəsmisi Amerikanın Səsinə bildirib ki, ittifaq Rusiyanın açıqlamasını eşidib və əlavə edib ki, “Rusiyanın de-eskalasiya yolunda atdığı hər bir addım çoxdan atılmalı olan mühüm bir addımdır.”