Accessibility links

ABŞ səfiri vəkillərlə görüşüb


Avqustun 20-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ABŞ-ın Azərbyacandakı Səfirliyində vəkillər Elçin Sadıqov və Aqil Layıcovla görüşüb.

Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, saat yarım davam edən görüşdə Azərbaycanda insan hüquqlarının, vəkilliyin durumu, o cümlədən 14-15 iyul hadisələrindən sonra həbs edilən şəxslərin hüquqlarının müdafiəsi məsələləri diqqət mərkəzində olub.

Dünyanın hər bir yerində insan haqlarını qoruyan vəkillər öz ölkələrində vacib rol oynayır. ABŞ Səfirliyi sizin fəalliyətinizi təqdirəlayiq hesab edir!
Li Litzenberger, ABŞ-ın Azərbaycandakı səfiri

Öz növbəsində, ABŞ Səfirliyi twitter səhifəsində bildirir ki, səfir Litzenberger öz fəaliyyətini azərbaycanlıların konstitusion haqlarının, habelə söz və toplaşmaq azadlığının qorunmasına həsr etmiş vəkillərlə görüşüb.

“Dünyanın hər bir yerində insan haqlarını qoruyan vəkillər öz ölkələrində vacib rol oynayır. ABŞ Səfirliyi sizin fəalliyətinizi təqdirəlayiq hesab edir!” səfir qeyd edib.

Xatırladaq ki, iyulun 14-15-də Azərbaycan Ordusunu müdafiə məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə hüquq müdafiəçilərinin hesablamalarına görə, yüzdən çox insan saxlanılıb. Saxlanılanlar arasında müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının çoxsaylı fəalları, o cümlədən ADR Hərəkatının və Müsəlman Birliyi Hərəkatının bir neçə üzvü var.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG