Accessibility links

ABŞ sərhəd keşikçiləri istintaqla üzləşir


Miqrantlar və latın amerikalı millət vəkilləri haqqında irqçi, seksist və zorakı məzmunlu şərhlər yaymaq ittihamı ilə üzləşən ABŞ-ın 62 sərhəd keşikçisi və 8 sabiq sərhəd mühafizə işçisi istintaq altındadır.

Facebook-da “10-15 yaşındayam” qrupundan olan şübhəlilər “Nəzarət altında olan xaricilər” Sərhəd Keşik kodu ilə fəaliyyət göstərib.

Şübhəlilərin şərhlrində miqrantlarla bağlı istehzalı ifadələr yer alır.

ProPublica araşdırma saytının bu ayın əvvəli bildirdiyinə görə, şübhəlilərin şəhrlərində miqrantlar arasında ölüm halları, o cümlədən 2 yaşlı qızı ilə çayda boğulan salvadorlu ilə bağlı ishtezalı ifadələr yer alıb.

Həmin qrupda həmçinin bəzi ABŞ qanunvericiləri, o cümlədən mühacir hüquqlarının müdafiəçisi kimi tanınan Aleksandra Okasio-Kortez rişxənd hədəfinə çevrilib.

Sərhəd Keçik Patrolunun rəisi Karla Provost qrupun üzvü olduğu təsbit edilən bütün sərhəd keşik işçilərinin məsuliyyətə cəlb ediləcəyini deyib.

Daxili Təhlükəsizlik Nazirliyi də öz növbəsində istintaqa başlayıb.

Mərkəzi Amerikadan çıxan mühacirlər ABŞ-Meksika sərhədinə doğru irəliləyir.
Mərkəzi Amerikadan çıxan mühacirlər ABŞ-Meksika sərhədinə doğru irəliləyir.

Ötən aylarda çox sayda Mərkəzi Amerikadan gəlmiş mühacir Meksika vasitəsilə ABŞ-a qeyri-qanuni daxil olmağa cəhd göstərib.

Sərhəd patrul xidməti qeyri-qanhuni mühacirləri saxlayanda onları xüsusi salama mərkəzlərinə aparılır.

Prezident Donald Tramp ABŞ-a qeyri-qanuni mühacir axınını dayandırmağı başlıca prioritetlərindən biri elan edib.

XS
SM
MD
LG