Accessibility links

ABŞ: Sərnişin təyyarəsini yəqin ki, iranlılar vurub


ABŞ-ın kütləvi informasiya vasitələri xəbər verir ki, Amerika kəşfiyyat rəsmiləri Tehrandan havaya qalxdıqdan bir az sonra qəzaya uğrayan Ukrayna sərnişin təyyarəsinin İranın Rusiya istehsallı zenit raketi ilə vurulduğuna inanır.

Hadisənin detalları barədə məlumatlar hələ ki, daxil olmağa başlayır.

Prezident Donald Tramp cümə axşamı günü təyyarə qəzası ilə sualaın cavabında "Başqa tərəfdə kimsə səhvə yol vermiş ola bilər" deyə cavab verib. Tramp təyyarənin "çətin qonşuluqda" uçduğunu əlavə edib.

İran təhqiqatçıları Ukrayna sərnişin təyyarəsinin havaya qalxdıqdan sonra geri qayıtmağa cəhd etdiyini və pilotun heç bir problemlə bağlı radio vasitəsilə əlaqə qurmadığını bildiriblər.

İranlı təhqiqatçılar bildirib ki, Boeing 737 təyyarəsinin qara qutuları qəzanın baş verdiyi ərazidə tapılıb.

Fox News telekanalına danışan ABŞ rəsmisi deyib ki, güman ki, Tor yer–hava raketlər sisteminin tərkibində olan Rusiya istehsallı SA15 raketi təyyarəni vurub. Rusiya 2007-ci ildə İrana Tor-M1 tipli 29 raket raket verib. Bu təchizat 2005-ci ilin dekabrında imzalanmış $700 milyon dollarlıq hərbi kontrakt çərçivəsində həyata keçirilib.

İran bu raketləri tez-tez öz hərbi paradlarında nümayiş etdirir.

"Qəza məkanı yaxınlığında həmin raketin elementlərinin tapıldığına dair internetdə məlumatlar dolaşır," deyə Ukrayna Mili Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov bildirib. O, bu informasiyanı harda gördüyünün təfərrüatına varmayıb.

Bir qədər öncə İran hərbi qüvvələrinin sözçüsü Əbülfəzl Şikarçı təyyarənin raketlə vurulmasına dair iddiaları xaricdə yerləşən müxalif İran qruplaşmaları tərəfindən aparılan "psixoloji müharibə" kimi qələmə vermişdi.

XS
SM
MD
LG