Accessibility links

ABŞ Səudiyyə rəsmilərinə sanksiya tətbiq edib


ABŞ Səudiyyə rəsmilərinə sanksiya tətbiq edib
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Birləşmiş Ştatlar Washington Post-un köşə yazarı Camal Xaşuqcinin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülməsində əli olmaqda ittiham olunan 17 Səudiyyə rəsmisinə qarşı sanksiyalar elan edib. Bu xəbər Səudiyyə Ərəbistanı onun ölümündə əli olan beş şəxsə edam cəzasının verilməsinin tələb olunduğunu bəyan etdiyi gün elan olunub. Səudiyyə Ərəbistanı qətlə vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstəriş verdiyini inkar edib.

Biz onların elan etdikləri tədbirləri müsbət ilk addım olaraq görürük. Bu, doğru istiqamətdə atılan addımdır. Bu, ilkin istintaqın nəticələridir. Vacibdir ki, ədalətin bərqərar olunması üçün bu cür addımlar atılmağa davam edilsin.
Hezer Nauert

Səudiyyəli jurnalist və ABŞ sakini Camal Xaşuqcinin qətlindən təxminən altı həftə sonra Birləşmiş Ştatlar onun qətlində əli olan kral ailəsi və Səudiyyə Ərəbistanı hökümətinin 17 rəsmisinə qarşı yeni sanksiyalar elan edib. Dövlət Departamentinin sözçüsü Hezer Nauertə vəliəhd şahzadə Məhəmməd bin Salman da daxil olmaqla, Səudiyyə rəhbərliyinə qarşı əlavə tədbirlərin görülüb-görülməyəcəyi barədə sual verilib.

“Biz onların elan etdikləri tədbirləri ilk müsbət addım kimi görürük. Bu, doğru istiqamətdə atılan addımdır. Bu, ilkin istintaqın nəticələridir. Vacibdir ki, ədalətin bərqərar olunması üçün bu cür addımlar atılmağa davam edilsin” - deyə, o cavab verib.

Səudiyyənin xarici işlər naziri Adel Əl-Cubeir deyib ki, Səudiyyə Ərəbistanındakı gündəlik əməliyyatlara nəzarət edən şəxsin qətllə heç bir əlaqəsi yoxdur.

“Əlbəttə ki, Əlahəzrət vəliəhdin bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Onsuz da ABŞ-ın milli təhlükəsizlik müşaviri də deyib ki, bu, özbaşına əməliyyat olub. Biz nəyin baş verdiyini yaxşı dərk edirik. Bunu öz səlahiyyətlərini və mandatlarını aşan insanlar edib. Bu insanlar böyük səhv edib və bu səhvin bədəlini ödəyəcəklər”, o deyib.

Səudiyyəlilər Xaşuqcinin öldürülərək, bədəninin hissələrə bölündüyünü qəbul edib, lakin onun qalıqlarının harada olduğunu deməyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da daxil olmaqla, tənqidçilər deyib ki, səudiyyəli prokurorun gördüyü tədbirlər kifayət deyil.

“Bugünkü bəyanatda bildirib ki, qətlə göstəriş verənlərə qarşı tədbirlər görülür. Biz düşünürük ki, bu addımların hər biri müsbət olsa da, yetərsizidir. Bundan əlavə bu qətlə göstəriş verən və həyata keçirənlərin adları açıqlanmalıdır”, Çavuşoğlu söyləyib.

Məhəmməd bin Salman
Məhəmməd bin Salman

Prezident Donald Tramp ABŞ-ın Ər-Riyada silah satışını nəzərdən keçirəcəyini bildirib.

Bəzi təhlilçilər deyir ki, ABŞ Səudiyyə neftinin qlobal iqtisadiyyat üçün vacibliyini də nəzərə almalıdır və Səudiyyədə sabitliyi pozacaq hər hansı addımdan yayınmalıdır.

“Biz, ən azından mən, həm də inanıram ki, Səudiyyə Ərəbistanında Məhəmməd Bin Salmana alternativ qeyri-müəyyəndir və ondan daha pis ola bilər” - deyə, Vaşinqton İnstitutundan Deyvid Pollok bildirib.

İnsan haqları müdafiəçiləri ABŞ və beynəlxalq ictimaiyyətin Xaşuqcinin öldürülərək, parçalara bölünməsinə kəskin reaksiyasını görmək istəyir və jurnalistin konsulluqda öldürülməsinin dövlət səviyyəsində terrora bərabər olduğunu və buna yüksək səviyyəli şəxslər tərəfindən göstəriş verildiyini bildirir.

XS
SM
MD
LG