2019-cu ilin Atlantik qasırğa mövsümü artıq başlayıb. Lakin insanların çoxu hələ də keçən ilin təbii fəlakətlərinn fəsadları ilə çarpışırlar. Bu arada ötən həftə Amerikanın bir neçə ştatında baş verən tornadolar güclü sellərə və böyük dağıntılara səbəb olub.
Bütün Birləşmiş Ştatlar boyu və başqa yerlədə də tufanlar, daşqınlar və yanğınlar evləri, bəzən bütov icmaları belə tamamilə siradan çıxarıb.
Oklahomadan olan Preston Blak tufanın mobil evinin bir neçə metr göyə qaldırdığını deyir. Tornado başlayan zaman onun valideynləri, həyat yoldaşı və uşaqları evdə olub. Sonra o, həyat yoldaşını dağıntılar arasından tapıb.Tornado qurbanı Priston Blak: “Onu belə vəziyyətdə görmək dəhşət idi. Mən bundan dəhşətli bir şey görməmişdim.”
Qadın sağ idi. Lakin onların başqa heç bir şeyləri qalmamışdı.
Florida ştatının sakinləri hələ də keçən ilki tornadonun vurduğu ziyandan qurtara bilməyib. Janel Krosbi onun həyatı üçün təhlükəli bir evdə yaşayır. “Sıçovullar, müxtəlif gəmiricilər, hər yer kif bağlayıb. İyrəncdir” - deyə, Janel Krosbi bildirir.
Təbii fəlakətlər hərəyə müxtəlif cür təsir edir. Lakin hər kəsə ziyan vurur. Evi yanan Kaliforniya sakini Kvin Oş: “Mən evimin mənim üçün nə qədər dəyərli olduğunu indi başa düşürəm.”
Lakin təbii fəlakətin tamamilə xaraba qoyduğu bir icmaya emosional və fiziki dəstək çox vacibdir. “Belə bir travmaya yalnız sənin məruz qalmadığını görmək başqa cür təsir edir. Çünki insanlar yalqız olmadıqlarını düşünür. Onların bütün icması dağılıb və onlar bərpanı birlikdə edəcəklər. Bir evin yanması ilə tufanın çox sayda evi dağıtmasının arasındakı təsirin böyük fərqi var” - deyə, Missuri Tibb Universitetindən doktor Can Loriello bildirir.
Missuridə evləri tamamilə dağılan insanlar universitet yataqxanalarında yaşayır. Darel Bonner: “Şükürlər olsun ki, buradayıq. Maddi vəziyyətimiz də bir az düzəlib. Burada ümid var, yardım etmək istəyən insanlar var.”
İnsanlar olanlarını bölüşür. Janell Krosbi: “Biz bir-birimizin qayğısına qalırıq. Çox çətindir. Lakin məsələn, kimdəsə qaz balonu varsa, həmin gün xörək bişirmək üçün ondan istifadə edir. Yəni bir təhər dolanırıq. Mən bunun bitəcəyinə inanıram, ancaq vaxt lazımdır.”
Təbii fəlakətlər uşaqlardan da təsirsiz ötməyib. Missuri Tibb Universitetindən Leyn Volker: “Təbii fəlakət baş verən zaman onlar evlərini, məktəblərini itirir və başqa yerlərə köçməli olur. Yəni onların öz həyat tərzi var və bu, tamamilə darmadağın olur. Bütün bunlarsa böyük stresə səbəb olur.”
Keçən il məktəbi dağıldığı üçün Şeri İçar evdə dərs almağa məcbir olub. Lakin icma təbii fəlakətin təsirlərinə məruz qoyduğu insanlara yardım edir. Kvin Oş: “Birlirsiniz, bu, terapiya kimidir. Biz hamımız eyni problemlə üzləşırık. Evlərini itirən insanlar bir-biri ilə söhbətləşir, dərdlərini bölüşür. Biz bir yerdə daha güclüyük.”