Accessibility links

Qani ABŞ-Taliban sülh danışıqlarında "əhəmiyyətli irəliləyiş" əldə edildiyini deyir


Əfqanıstan liderləri ABŞ-ın Körfəz dövləti Qətərdə Taliban nümayəndələri ilə davam edən sülh danışıqlarında "əhəmiyyətli irəliləyiş" əldə edildiyini deyib.

Prezident Əşrəf Qani çərşənbə axşamı Tweeter səhifəsində Birəşmiş Ştatlardan ona bir zəng gəldiyini, dövlət katibi Mayk Pompeonun 18 illik Əfqanıstan müharibəsinə son qoymağı hədəfləyən ABŞ-Taliban sülh prosesindəki son inkişafları onunla bölüşdüyünü yazıb.

"Dövlət katibi mənə zorakılığın əhəmiyyətli dərəcədə və davamlı olaraq azaldılması ilə bağlı Talibanın təklifi barədə məlumat verdi"- deyə, prezident Qani detallara varmadan bildirib.

Təxminən 18 aya yaxındır davam edən ABŞ-Taliban sülh danışıqları Vaşinqtonun ölkədəki Amerika qoşunlarının Əfqanıstandan çıxarılması müqabilində üsyançı qrupun ölkədə zorakılığı əhəmiyyətli dərəcədə azaldacağı tələbinə görə ləngiyir.

XS
SM
MD
LG