Accessibility links

Rəy sorğusu: 11 sentyabr hücumları hələ də amerikalıların həyatına təsir edir


Gallup şirkətinin apardığl rəy sorğusunun nəticələrinə görə, Amerika Birləşmiş Ştatlarında təxminən 3000 insanın ölümünə səbəb olan 11 sentyabr terror hücumlarının 20-ci ildönümü yaxınlaşdıqca, bir çox amerikalı hadisənin hələ də həyatlarına təsir etdiyini deyir.

Sorğu nəticələri hazırda amerikalıların 26%-nin "uçmağa istəksiz" olduqlarını, 27% -nin göydələnlərə daxil olmaq istəmədiklərini, 36%-nin isə xaricə səyahət etməkdən çəkindiklərini göstərib. Əhalinin 37%-i böyük izdihamların olduğu tədbirlərə qatılmaqdan narahat olduqlarını bildirib.

Hücumlardan dərhal sonra bu rəqəmlər müvafiq olaraq 43%, 35%, 48% və 30% idi.

50 yaşdan yuxarı və ali təhsilli olmayan aşağı gəlirli amerikalılar bunları etməyə daha istəksiz olur.

Avqustun 26-da Kabil hava limanında baş verən ölümcül hücumlardan bir az əvvəl aparılan sorğu amerikalıların "ABŞ-ın terrorla mübarizədə qalib gəldiyini demək ehtimalının əhəmiyyətli dərəcədə daha az olduğunu" göstərib.

Kabil hava limanına hücum zamanı həlak olan ABŞ əsgərlərinin cənazələri
Kabil hava limanına hücum zamanı həlak olan ABŞ əsgərlərinin cənazələri

On il əvvəl ABŞ-ın qalib gəldiyini əhalinin 42%-i deyirdisə, indi 28%-i deyir.

"ABŞ-ın müharibədə qalib gəldiyinə inamın azalması bütün siyasi partiyalar arasında özünü göstərir" - deyə, Gallup bildirib.

Rəy sorğusunda üzə çıxan bir digər nəticə odur ki, amerikalıların hökumətin vətəndaşlarını qorumaq qabiliyyətinə "inamı azalıb".

"Avqustun 26-da Kabil hava limanında ABŞ əsgərlərinə edilən hücumdan əvvəl amerikalıların çoxu, yəni 59%-i ABŞ hökumətinin vətəndaşlarını terrordan qoruya biləcəyinə çox (18 faizi) və ya bir az (41 faizi) inanırdı. 2011-ci ildə isə bu rəqəm 75, 11 sentybar hücumlarından sonrakı günlərdə isə 88 faiz idi."

Rəy sorğuları amerikalıların 36% nin "terror qurbanı olmaqdan çox və ya bir qədər narahat olduqlarını" da göstərib. Bu rəqəm 10 il əvvəllə eynidir, lakin 11 sentyabr hadisələrindən sonrakı 51%-dən aşağıdır.

Sorğu nəticələri avqustun 2-dən 17-nə qədər ABŞ-ın 50 ştatında və Kolumbiya mahalında yaşayan 18 və yuxarı yaşlardakı 1006 nəfərin nömrələrinə təsadüfi zənglər edilməklə aparılan telefon danışıqlarına əsaslanır.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG