Accessibility links

Tramp: "Sərhədimiz heç vaxt bu qədər təhlükəsiz olmayıb"


Prezident Donald Tramp çərşənbə axşamı ABŞ-ın təhlükəsizliyini təmin etmək üçün dörd il əvvəl etdiyi uğurlu seçki kampaniyası zamanı verdiyi əsas vədlərdən birini vurğulayaraq, ölkənin cənub sərhədi boyunca çəkilən divarı "güclü və möhtəşəm" adlandırıb.

Müxtəlif viza kateqoriyalarına sərt məhdudiyyətlər qoyulmasına göstəriş verməsindən bir gün sonra Tramp ABŞ-ın cənub-qərb Arizona ştatında inşa edilən sərhəd divarının yeni hissəsini ziyarət edib. San Luisdəki qara rəngli divardakı xatirə lövhəsinə imzasını atdıqdan sonra prezident Amerikanın Səsinin sualına cavabında yeni inşa haqda “həqiqətən etibarlıdır” deyib.

ABŞ prezidentini sərhəddə Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən Çad Vulf və ABŞ Gömrük və Sərhəd Mühafizəsi sədri vəzifələrini icra edən Mark Morqan müşayiət edib.

"Sərhədimiz heç vaxt bu qədər təhlükəsiz olmayıb. Bu, dünyada ən güclü və əhatəli bir sərhəd qurğusudur" - deyə, Tramp yerli rəsmilər və icma rəhbərlərinin də qatıldığı tədbirdə bildirib.

"Yeni divar bir çox yerdə əvvəl olduğundan iki dəfə hündürdür və əvvəllər bəzilərinin hasar kimi təsvir etdiyi nəqliyyat vasitələrinə qarşı maneələrdən başqa heç bir şeyin olmadığı yerlərdə kilometrlərlə uzunluqda inşa edilib", mühacirət siyasəti üzrə təhlilçi Deyvid Bayer Amerikanın Səsinə bildirib.

“Bütün bunlara baxmayaraq, yeni inşa edilən divar artıq sökülür və mühacirlərlər hələ də ətrafında dolaşır. Əslində, 2019-cu ildə hökumət sərhədi qanunsuz keçmək istəyənlərin sayının həqiqətən artdığını bildirib” - deyə, o əlavə edib.

Noyabr ayında yenidən seçilmək istəyən Tramp çərşənbə axşamı təxminən 760 km uzunluqdakı sərhəd divarının ilin sonuna qədər tamamlanacağını deyib.

XS
SM
MD
LG