Accessibility links

ABŞ və Çin liderlərinin dialoqu nələri dəyişdi?


ABŞ və Çin liderlərinin dialoqu nələri dəyişdi?
please wait

No media source currently available

0:00 0:03:14 0:00

ABŞ və Çin liderlərinin dialoqu nələri dəyişdi?

Bazar ertəsi prezidentlər arasında keçirilən görüşdən sonra ABŞ və Çin Tayvan, nüvə silahlarına nəzarət və kibertəhlükəsizlik kimi məsələlərdə “strateji sabitliyin” idarə edilməsi üzrə dialoqu davam etdirmək barədə razılığa gəlib.

ABŞ-Çin münasibətlərində çox sayda fikir ayrılıqları mövcuddur.

Ancaq hər iki liderin razılaşdığı bir şey var - danışıqlar davam etməlidir.

“Çin və ABŞ liderləri kimi bizim məsuliyyətimiz ölkələrimiz arasında rəqabətin məqsədli və ya təsadüfən münaqişəyə çevrilməməsini təmin etməkdir. Sadəcə, normal rəqabət" - deyə, ABŞ Prezidenti Co Bayden bildirib.

“Çin və ABŞ kommunikasiya və əməkdaşlığı artırmalı, hər biri öz daxili işlərini yaxşı idarə etməli və eyni zamanda beynəlxalq məsuliyyətlərini öz üzərinə götürməlidir” - deyə, Çin Prezidenti Şi Tsinpin bildirib.

Bazar ertəsi prezident Co Bayden və Çin Prezidenti Şi Tsinpin arasında keçirilən virtual görüşün tonu səmimi olsa da, analitiklər bunun münasibətlərin əsaslı mübahisəli xarakterini dəyişdirmədiyini deyirlər.

“Görüş heç biri evliliklərini düzəltməyə və ya dəyişdirməyə çalışmayan, əksinə, hər biri məsləhətçini onun tərəfini tutmağa inandırmağa və digərinə qarşı birləşməyə çalışdığı terapiyaya gedən evli cütlük kimi idi” - deyə, Vilson Mərkəzindən Robert Deyli bildirib.

Bu problemli münasibətdə ən həssas məsələ Tayvandır. Bayden ABŞ-ın "Vahid Çin" siyasətinə sadiq qaldığını, lakin indi Çindən ayrı bir idarəedici qurum olan adanın status-kvonusunu dəyişdirmək üçün birtərəfli səylərə qəti şəkildə qarşı olduğunu deyib.

"Tayvan boğazında sülh və sabitliyin təmin etmək, aydın ünsiyyətə malik olmaq, yanlış ünsiyyətdən qaçmaq ordularımız, Milli Təhlükəsizlik Şuralarımız və diplomatlarımız arasında işin vacib və intensiv istiqaməti olacaq" - deyə, Milli Təhlükəsizlik Müşaviri Cayk Sallivan bildirib.

Zirvə görüşündən sonra Çin Xarici İşlər Nazirliyi Tayvandan ayrılanlara Pekini təxribata çəkməmək barədə xəbərdarlıq edib.

“Çinin suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərdə Çinin güzəştə getmək niyyəti yoxdur” - Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Lihian bildirib.

Bayden və Şi hərbi qabiliyyət, nüvə silahlarına nəzarət və kibertəhlükəsizlik kimi digər həssas mövzularda strateji sabitlik dialoqu qurmaq barədə razılığa gəliblər. Hər iki tərəf münasibətləri sabit saxlamaqda maraqlıdır. ABŞ-da 2022-ci ildə ara seçkiləri keçiriləcək, Şi və Çin Kommunist Partiyasının da qarşıda mühüm tədbirləri var.

“Şi sabitlik mesajı vermək istəyir. Şi Olimpiadanın, eləcə də 20-ci Partiya Konqresinin yaxşı keçməsinə əmin olmaq üçün nisbətən sabit beynəlxalq mühit istəyir” - deyə, CSIS Çin Güc Layihəsinin rəhbəri Bonni Lin qeyd edib.

Çinin Vaşinqtonun təxribat kimi qiymətləndirdiyi Qərbi Sakit okeanda hərbi fəaliyyətini davam etdirəcəyi gözlənilir. Pekin, həmçinin dekabrda Baydenin ev sahibliyi edəcəyi Demokratiya Sammitinə hazırlaşacaq.

“Söhbət təkcə Çinlə bağlı deyil, əlbəttə ki, Avropada artan avtoritarizmdən də gedir. Lakin Çin bunu özünə götürəcək. Və Bayden administrasiyası da tezliklə Çin mərkəzli yeni Hind-Sakit okean strategiyasını elan edəcək və Çin siyasətlərini nəzərdən keçirməyi tamamlayacaq” - deyə, Vilson Mərkəzindən Robert Deyli bildirib.

ABŞ və Çin arasında mümkün əməkdaşlıq sahələri? Emissiyaları azaltmaq, iqlim böhranı ilə mübarizə aparmaq və qlobal COVID-19 pandemiyasına daha tez son qoymaq üçün birlikdə işləmək.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG