Accessibility links

ABŞ və Şimali Koreya Stokholmda nüvə danışqlarını bərpa edəcək


Şimali Koreya nümayəndə heyətini daşıyan maşınlar Stokholm yaxınlığında yerləşən Lidinqo adasındakı Villa Elfvikə daxil olur. 5 oktyabr, 2019.

ABŞ və Şimali koreya rəsmiləri Stokholmda işçi qrupu səviyyəsindəki nüvə danışıqlarını bərpa etməyə hazırdır.

Bu, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un iyun ayında fevral ayında Vyetnamda keçirilən sammitdə iflasa uğrayana danışıqları bərpa etməyə qərar verəndən sonra keçirilən ilk rəsmi danışıqlar olacaq.

Danışıqların dayandırılmasına sanksiyaların aradan qaldırılamsının sürətini Şimaki Koreyanın nüvə proqrmını ləğv etmək sürəti ilə uyğunlaşdırılamsı üzərində fikir ayrılıqları səbəb olub.

Donald Tramp və Kim Conq Un
Donald Tramp və Kim Conq Un

Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo şənbə günü Yunanıstanda deyib ki, o, irəliləyişin əldə olunacağına “ümid bəsləyir”və amerikalı vasitəçilər Stolkholma “ideyalarla” gəlib.

Tərəflərin öz mövqelərini yumşaldıb-yumşaltmadığı bəlli olmasa da, ən son irəliləyişlər onların razılıq əldə etməyə istəkli olduqlarını göstərir.

Ötən ay Tramp deyib ki, nüvə danışıqlarının “yeni metodu çox gözəl olacaq”. Bu isə Şimali Koreya rəsmilərinin aylardır sərgilədiyi yanaşmaya bənzəyir.

Şimali Koreya dəfələrlə təktərəfli nüvə silahlarından imtina etmək istmədiyini bildirib. Bunun əvəzinə Pxenyan bir neçə mərhələləi yanaşmaya üstünlük verir. Bu yanaşmaya əsasən ABŞ da eyni zamanda sanksiyaları aradan qaldırmaq və təhlükəsizlik zənamətləri vermək üçün addımlar atır.

Bu yaxınlaradək Trampın Ağ Evdəki rəsmiləri mərhələli yanaşmada maraqları olmadıqlarını və Şimali Koreyanın sanksiyalardan azd olunması üçün nüvə silahlarından tamamilə imtina etməli olduğunu söyləyirdilər.

Şənbə günü keçiriləcəyi gözlənilən danışıqlar Şimali Koreya yeni balistik raketini sınaqdan keçirdiyini söyləyəndən bir neçə gün sonraya təsadüf edib.

Şərhlərə bax

XS
SM
MD
LG