Accessibility links

ABŞ və Cənubi Koreya hərbi təlimləri planlaşdırıldığı qaydada keçirəcək


Şimali Koreyanın nüvəsizləşdirmə danışıqlarından geri çəkilmək hədələri ABŞ və Cənubi Koreya arasındakı hərbi təlim planlarını ləngitməyib.

Pentaqon rəsmiləri 'Max Thunder' və 'Foal Eagle' adlı 40 ildir ki, keçirilən təlimlərin planlaşdırıldığı kimi keçiriləcəyini bəyan ediblər.

Şimali Koreya rəhbərliyi ABŞ-Cənubi Koreya təlimlərini müdaxiləyə hazırlıq kimi qiymətləndirib. Qarşı tərəflər isə bu təlimlərin hər il keçirldiyini və onların sırf müdafiə xarakteri daşıdığını bildiriblər.

“Bu müdafiə təlimləri CKR və ABŞ alyasının sıradan illik təlimidir ki, hərbi hazırlığın təməlini qoruyub-saxlamaq məqsədi daşıyır, “ deyə ABŞ Müdafiə Nazirlyinin sözçüsü polkovnik Rob Manning bildirib.

Şimali Koreyanın rəsmi xəbər agentliyi hərbi təlimləri əsas gətirərək Pxenyanın Seulla planlaşdırılmış danışıqlardan çıxdığını bəyan edib.

XS
SM
MD
LG