Accessibility links

ABŞ və Filippin birgə təlimlərə başlayıb


ABŞ və Filippin Cənubi Çin dənizində ərazi iddiaları ilə əlaqədar gərginlyiin artdığı bir vaxt 10 gün sürəcək birgə təlimlərə başlayıb.

Təlimlərim açılış mərasimi zamanı danışan rəsmilər “Balikiton” (çiyin-çiyinə) adlanan builki təlimlər zamanı əsas diqqətin sularda təhlükəsizliyin təmin edilməsinə yönələcəyini bildiriblər.

Filippinin xarici işlər naziri Albert Del Rozario regionda ərazi mübahisələri ilə əlaqədar olaraq son illər gərginliyinin artmasının müşahidə edildiliyi deyib.

Nazir Çinin adını çəkməyib, lakin Pekinin Cənubi Çin dənizində mübahisəli adalarla bağlı ərazi iddialarını artırdığı müşahidə edilir.

Vaşinqton və Manila keçən həftə müdafiə sahəsində əməkdaşlığa dair müqavilə imzalayıb. Razılığa əsasən, ABŞ hərbi qüvvələrinin Filippinin bazalarından istifadəsinə imkan yaradılır.

Keçən həftə Asiyaya səfəri zamanı Manilada ABŞ və Filippin əsgərləri qarşısında danışan ABŞ prezidenti Barak Obama demişdir: “Bütün ölkələr və xalqların onların suverenliyi və ərazi bütövlüyünə hörmət edildiyi təhlükəsizlik və sülh şəraitində yaşamaq hüququ var.”

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG