Accessibility links

ABŞ və İsrail rəsmən UNESCO-nu tərk etdi


ABŞ və İsrail rəsmən BMT-nin təhsil, elm və mədəniyyət agentliyini tərk edib. Buna səbəb UNESCO-nun anti-İsrail qəzərliliyi göstərilib.

Bu addım ABŞ tərəfindən İkinci Dünta Müharibəsindən sonra təsis edilən quruma yeni bir zərbədir.

Belə ki, Tramp administrasiyası və İsrailin baş naziri Benyamin Netanyahu hələ 2017-ci ilin oktyabrında UNESCO-dan çıxış barədə nota göndərmişdi.

Parisdə yerləşən təşkilat İsrail, İsrailin Şərqi Qüdsü işğal etməsi, qədim yəhudi məbədlərinin Fələstinin mirası olduğuna dair tənqidi çıxışları və Fələstinə 2011-ci ildə tamhüququlu status verdiyinə görə pislənirdi.

ABŞ təşkilatda “fundamental islahatlar” tələb edir.

UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür.

UNESCO-nun əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG