Accessibility links

ABŞ və Polşa hərbi əməkdaşlığı genişləndirir


ABŞ və Polşa hərbi əməkdaşlığı genişləndirir
please wait

No media source currently available

0:00 0:01:56 0:00

ABŞ prezidenti Donald Tramp Polşa ilə hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılaşmaya əsasən bu ölkəyə əlavə ABŞ əsgərlərinin göndəriləcəyini bildirib. Tramp bu açıqlamanı Ağ Evdə Polşa prezidenti Andjey Duda ilə görüşdən sonra birgə mətbuat konfransında verib.

Vaşinqton səmasında Ağ Ev üzərində F-35 təyyarələrinin uçuşu əvvəllər presedenti olmayan bir haldır. Buna səbəb isə Polşanın F-35 döyüş təyyarələri almasına dair prezident Andjey Duda və ABŞ prezidenti Donald Tramp arasında razılaşmanın imzalanmasıdır.

ABŞ prezidenti Donald Tramp: “Keçən ay Polşanın Amerika istehsalı olan F-35 təyyarələrini almaq istəməsini elan etməsini böyük razılıq hissi ilə qarşıladım.”

Trampın bildirdiyinə görə, döyüş təyyrələri ilə yanaşı, ABŞ-ın Polşadakı hərbi bazasına min nəfərdən ibarət əlavə əsgəri qüvvə göndərilir. Bununla artıq Polşada yerləşdirilmiş 4 min nəfərlik ABŞ əsgərlərinin sayı artırılır.

Keçən il Polşa Amerikanın yüksək mobil artilleriya raket sistemlərini almışdı.

Sağçı, millətçi, anti-immiqrant platformasından seçilən prezident Duda ölkədə ABŞ hərbi qüvvələrinin bazasına “Fort Tramp” adı verilməsini təklif edib.

Prezident Duda Rusiyanın təcavüzü qarşısında Polşada ABŞ hərbi qüvvələrinin mövcudluğunun artırılmasını istəyir.

“Bu, əlbəttə ki, həmişə Birləşmiş Ştatların verdiyi qərardan asılıdır.” - Polşa prezidenti Andjey Duda.

ABŞ prezidenti Donald Tramp: “O, 250 min nəfərdən ibarət hərbi qüvvə istəyir. Biz bundan bir qədər az sayda qüvvə saxlayacağıq”.

Müxalif demokratlar Trampın Dudaya demokratiya və insan hüquqları məsələlərində təzyiq göstərməsini istəyir. İnsan haqları qrupları Polşada bu sahədə göstəricilərin gerilədiyini qeyd edir, prezident Tramp isə bundan narahat olmadığını deyir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG