Accessibility links

Viskonsin paradında faciə - 5 ölü, 40-dan çox yaralı


Uşaqların və Santa Klaus papaqlarınndakı insanların rəqs səhnələri bir anda faciə ilə nəticələnib. Milvaki şəhəri yaxınlığında keçirilən Milad paradı zamanı barrikadalardan keçərək, kütlənin üzərinə gedən bir SUV azı 5 nəfər ölümünə, 40-dan çoxunun yaralanmasına səbəb olub.

Videolardan birində avtomobil bir qrup gənc rəqqası əzdiyi zaman bir qadının “Aman Allahım” deyə, qışqırması əks olunub. Qızını axtaran ata "bir əzilmiş bədənin üzərindən digərinə" keçdiyindən danışıb. Qurbanlar arasında “Rəqs edən nənələr” klubunun üzvləri də olub.

Vokeşa şəhərinin bazar günü axşam sosial media da paylaşdığı məlumatlarda azı 5 nəfərin öldüyü, 40-dan çox insanın yaralandığı təsdiqlənib və hələ də məlumatların topladığını qeyd edilib. Şəhər açıqlamasında bir çox insanın özünün xəstəxanalara müraciət etdiyi bildirib. Ölənlərlə bağlı əlavə məlumat verilməyib.

Vokeşanın polis rəisi Den Tompson "çinayəti törədən şəxsin" həbsdə olduğunu bildirsə də, həmin şəxsin kimliyi və ya hadisənin səbəbi barədə heç bir məlumat verməyib. Araşdırma Viskonsin Ədliyyə Nazirliyinin köməyi ilə davam edir.

"Bu gün Vokeşada baş verənlər iyrəncdir və mən əminəm ki, bunu edənlər məsuliyyətə cəlb olunacaq" - deyə, ştatın hüquq-mühafizə orqanının yüksək vəzifəli əməkdaşı, baş prokuror Coş Kaul tvitter səhifəsində yazıb.

Dəhşət canlı yayım və izləyicilərin mobil telefonları ilə qeydə alınıb. Videolardan birində SUV-nin barrikadaları aşdığı anı görmək olub və bir neçə silah səsi eşidilib.

Tompsonun bildirdiyinə görə, Vokeşanın polis məmuru avtomobili dayandırmaq üçün atəş açıb. O, atəş nəticəsində ətrafdakılardan heç birinin xəsarət almadığını, lakin sürücünün yaralanıb-yaralanmadığını bilmədiyini deyib.

Ağ Evin mətbuat katibi Cen Psaki tvitter səhifəsində prezident Co Baydenin hadisə ilə bağlı bazar günü axşam məlumatlandırıldığını yazıb. O, yerli rəsmilərə yardım təklif olunduğunu bildirib və "Biz qəlbimizlə bürün ailələr və bütün ictimaiyyətin yanındayıq" - deyə, yazıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG