Accessibility links

ABŞ xəstəxanaları koronavirusa hazırdırmı?


Dünya boyu yeni koronavirusla mübarizə səylərə baxmayaraq, COVID-19 hazırda pandemiyadır. Səhiyyə üzrə mütəxəssislər artıq virusun ABŞ-da da yayıldığını və bunun aysberqin yalnız görünən hissəsi olduğunu deyirlər.

COVID-19 Çində ilk dəfə püskürən zaman bu, Birləşmiş Ştatlar xəstəxanalardakı yoluxucu xəstəlik mütəxəssisləri diqqətini çəkib. Ohayo ştatının Klivlend Klinikasından həkim Robert Villi əsas diqqətin səhiyyə işçilərinin hazırlanmasına yönəldilməli olduğunu deyib. "Biz baxıcıların bacarıq və biliklərini yeniləyirik" - deyə, bildirib.

"Buraya şəxsi qoruyucu vasitələrinizi necə qoymaq və özünüzü çirkləndirməmək üçün fərdi mühafizə vasitələrini necə çıxartmaq daxildir" - əlavə edib.

Vaşinqtonun MedStar Xəstəxana Mərkəzi də bunu edib. Xəstəxanada yoluxucu xəstəlikləri olan xəstələrin müalicəsi üçün xüsusi otaqlar mövcuddur.

Lakin COVID-19-a bütün xəstəxanalar həqiqətən hazırdırmı?

"Bu, cavab vermək üçün çox çətin bir sualdır, çünki bu, həqiqətən tələbdən asılıdır. Bir neçə xəstə varsa, əlbəttə elədir. Əgər xəstələrin sayı hesabı yoxdursa, dünyada buna hazır olan xəstəxana yoxdur" - deyə, MedStar Xəstəxana Mərkəzinin İnfeksiyaların Profiaktika Şöbəsinin direktoru Qlin Vortmann bildirir.

Missuri Səhiyyə Universitetinin baş tibb mütəxəssisi doktor Stivan Vhitt bəzi xəstəxanaların xəstələrin vəziyyətini Skype və ya telefon vasitəsilə, virtual olaraq araşdırıldığını deyir.

"Bu, həm normal qrip mövsümü, həm də COVID-19 kimi hallar üçün əla bir çıxış yoludur. Xəstələrin vəziyyəti tez qiymətləndirilsə, suallarına tez cavab ala və xəstəxanaya getməli olan xəstələri xəstəxanaya tez bir zamanda çatdıra bilərik. Xəstəxanada olmasına ehtiyac duyulmayan xəstələri isə təhlükəsiz vəziyyətdə saxlaya bilərik."

Doktor Vortmann deyir ki, Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) tezliklə xəstəxanalara öz müayinələrini etməyə imkan verəcəkdir ki, bu da test nəticələrinin vaxtını günlərdən saatlara qədər azaldacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG