Accessibility links

ABŞ-ın İrana qarşı iqtisadi sanksiyaları yenidən qüvvəyə mindi [Video]


Birləşmiş Ştatlar İrana qarşı iqtisadi sanksiyaları bərpa edib
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Birləşmiş Ştatlar İrana qarşı iqtisadi sanksiyaları yenidən tətbiq edib. Sanksiyalar İranın avtomobil sənayesi də daxil olmaqla, qızıl və başqa qiytməli metalların ticarətini, eləcə də ölkənin valyutasını hədəf alıb. Tramp administrasiyasının yüksək səviyyəli rəsmiləri bildirir ki, bunun əsas məqsədi İran rejiminin “zərərli fəaliyyətlərinin” qarşısını almaq üçün Tehrana maliyyə sahəsində təzyiqlərinin artırılmasından, eləcə də İranın təhlükələrinə qarşı yeni razılaşmanın əldə edilməsinə çalışmaqdan ibarətdir.

İrana qarşı ciddi təzyiq kampaniyası gedir. Tramp administrasiyası may ayında Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxdığını elan etməsindən sonra ölkəyə qarşı sanksiyaların ilk raundunu tətbiq edib. İranın neft satışlarını əhatə edən sanksiyaların ikinci raundu noyabr ayında başlayacaq.

Dövlət katibi Mayk Pompeo deyib ki, əsas məqsəd İranın Vaşinqtonun hesab etdiyi kimi zərərli fəaliyyətlərini dəyişdirməkdir.

“Birləşmiş Ştatlar rejimin özünü varlandırması, ölüm və dağıntılar yaratmaq üçün istifadə etdiyi maliyyə fondlarını kəsmək məqsədilə diplomatik və maliyyə təzyiqi göstərir.”

Tramp administrasiyası sanksiyaların 2015-ci ildə prezident Barak Obama dövründə imzalanmış razılıqdan daha yaxşı nüvə razılığının əldə edilməsinə gətirib çıxaracağını iddia edir.

Missuri ştatındakı yürüş zamanı prezident Tramp danışıqlara açıq olduğunu deyib.

“Biz əsl razılıq əldə edilməsinə hazırıq, əvvəlki administrasiyanın etdiyi kimi fəlakət olan bir razılıq istəmirik.”

Lakin İran prezidenti Həsən Ruhani televiziyada etdiyi çıxışında bu açıqlamalara əhəmiyyət verməyib.

“Sanksiyaları tətbiq etdiyiniz zaman müzakirələrin nə əhəmiyyəti var? Bu ona bənzəyir ki, kimsə rəqibi, ya da düşməni vurmaq üçün bıçaq çıxarıb, eyni zamanda, `biz danışıqlar və müzakirələr aparacağıq` deyir.”

Yeni sanksiyalar İranla dollar əskinazları, qızıl, qiymətli metallar, alüminium, polad, sərnişin təyyarələrinin cəlb olunduğu transaksiyalar qadağan edilir.

Cons Hopkins universitetində iqtisadçı Stiv Henke sanksiyaların təsir göstərəcəyinə şübhə ilə yanaşır.

“Sanksiyalar rejimi hakimiyyətdə saxlayır. İkincisi, bunun nəticəsində cinayətkar mafiyalar qeyri-qanuni yolla pul qazanmağa çalışır.”

Avropa müttəfiqləri sansiyalara qarşı çıxır. Avropa İttifaqı Avropa şirkətlərinin ABŞ sanksiyalarına əməl etməsini qadağan edən və onları İranla biznes əlaqələri qurduğu halda müdafiə edən tədbirlər görüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG