Accessibility links

ABŞ müdafiə naziri İsraildə səfərdədir


ABŞ-ın Müdafiə naziri Lloyd Ostin
ABŞ-ın Müdafiə naziri Lloyd Ostin

ABŞ-ın Müdafiə Naziri Lloyd Ostin iki günlük səfəri çərçivəsində bazar günü İsrailə gəlib.

“Mən israilli dostlarımızla regional təhlükəsizlik məsələləri ilə bağlı bir sıra ciddi müzakirələri gözləyirəm. İsraili əsas strateji tərəfdaş adlandırmaqdan məmnunluq duyuram,” Lloyd Ostin İsrailə gəldikdən sonra Twitter səhifəsində yazıb.

Ostin ABŞ prezidenti Co Bayden administrasiyasının İranla 2015-ci ildə əldə edilmiş razılığın canlandırılması üçün danışıqların bərpa edilməsini elan etməsindən sonra Baydenin kabinetinin İsrailə səfər edən ən yüksək səviyyəli nümayəndəsidir.

Müdafiə Naziri Ostinin israilli həmkarı Benni Qantzla bazar günü görüşü planlaşdırılıb.

İsrailin Baş Naziri Benyamin Netanyahu İranla nüvə razılaşmasının ən kəskin tənqidçilərindən biri olmuş və keçmiş prezident Donadl Trampın razılaşmadan çıxmasını alqışlamışdı.

Netanyahu keçən həftə İranla anlaşmanın “bizi yox olma təhlükəsi ilə üz-üzə qoyan nüvə silahlarının ortaya çıxmasına zəmin yaradacağını” deyib.

İran Prezidenti Həsən Ruhani Natanzda İranın uran zənginləşdirilməsi obyektində uranın zənginləşdirilməsi üçün 164 IR-6 sentrifuqa kaskadının və 30 IR-5 və 30 IR-6S adlı iki sınaq kaskadının açıldığını elan edib.

Natanz obyektində bazar günü qəza baş verib, lakin xəsarət alanlarla bağlı məlumat verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG