Accessibility links

ABŞ Türkiyəyə jurnalistin təhqiqatına yardım təklif edib


ABŞ Türkiyəyə İstanbuldakı Səudiyyə Ərəbistanı səfirliyində yoxa çıxan jurnalistin təhqiqatına yardım təklif edib.

Vitse-prezident Mayk Pens Türkiyə və ya Səudiyyə Ərəbistanının yardım üçün müraciət edib-etmədiyi haqda bir şey deməyib. Lakin o, FBİ (Federal Təhqiqat Bürosu) əməkdaşlarının Səudiyyə Ərəbistanının xahişi ilə işə cəlb edilə biləcəyinə dair sualın cavabında deyib ki, ABŞ hər çür yolla yardıma hazırdır.

Sentyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsullğuna gedən və barəsində səkkiz gün boyunca heç bir xəbər alınmayan jurnalist Camal Xaşuqci ilə bağlı istintaq davam edir.

Jurnalistin nişanlısı deyib ki, Camal "təhlükədə olduğundan narahatlığını” bildirsə də, bundan qorxmadığını söyləyib.

Xatis Çingiz Vaşinqton Postda yazıb ki, onun nişanlısı Camal Xaşuqci ilk dəfə konsulluğa sentyabrın 28-də gedib və ötən həftə evlənmək üçün lazımi sənədləri götürmək üçün geri dönüb. O yazır ki, nişanlısını o gündən bəri görməyib.

Washington Post qəzetinə də yazan Camal Xaşuqci Məhəmməd bin Salman hökumətinin kəskin tənqidçilərindən biri idi. O, Səudiyyə Ərəbistanında fərqli düşünənlərə qarşı təqiblərdən sonra ölkəni tərk edərək, Birləşmiş Ştatlara yerləşib.

Türkiyə rəsmiləri Səudiyyə Ərəbistanının ölkədəki səfirini bazar günü yenidən Xarici İşlər Nazirliyinə çağıraraq, ona Ər-Riyadın tam əməkdaşlıq edəcəyini gözlədiklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG