Accessibility links

İqtisadçılar ABŞ-da iş yerlərində zəif artım proqnozlaşdırır


İqtisadçılar ABŞ-da iş yerlərində zəif artım proqnozlaşdırır
İqtisadçılar ABŞ-da iş yerlərində zəif artım proqnozlaşdırır

İqtisadçılar ABŞ Əmək Departamentinin may ayında iş yerlərinin zəif artdığını göstərən hesabat açıqlayacağını ehtimal edirlər. Ötən ay işlə təmin edilən amerikalıların sayına dair proqnozlar bir-birindən fərqlənir. İqtisadçıların əksəriyyəti ötən ay cəmi 160 min yeni iş yerinin açıldığını ehtimal edir. Bu isə aprel ayında açılan 244 min yeni iş yeri ilə müqayisədə azdır. ABŞ-da işsizlik səviyyəsinin hal hazırkı 9 faizdən bir qədər aşağı olacağı ehtimal edilir. İqtisadçıların dediyinə görə, işsizlik səviyyəsini böhrandan əvvəlki səviyyəyə çatdırmaq üçün hər ay azı 200 min iş yeri açılmalıdır.

XS
SM
MD
LG