Accessibility links

ABŞ Dövlət Departamenti Suriyanın müxalifət qruplarını maliyyələşdirib (yenilənib)


ABŞ Dövlət Departamenti Suriyanın müxalifət qruplarını maliyyələşdirib (yenilənib)
ABŞ Dövlət Departamenti Suriyanın müxalifət qruplarını maliyyələşdirib (yenilənib)

Müxalifət qruplarına ödənişlər sabiq prezident Corc Buşun Suriya ilə 2005-ci ildə diplomatik əlaqələri kəsməsindən sonra başlamışdır

Obama administrasiyasi bu gün bildirib ki, ABŞ Siriyada demokratik prosesləri genişləndirməyə çalışır. Bu oradakı hakimiyyətə zərbə vurmaq demək deyil.

ABŞ-ın bir qəzetinin yazdığına görə Dövlət Departamenti məxfi yolla hökumət əleyhinə təbliğat aparmaq məqsədilə peyk televiziya kanalları da daxil olmaqla Suriyanın müxalifət qruplarını maliyyələşdirib.

Washington Post Wikileaks internet səhifəsində açıqlanmış diplomatik teleqramlara istinad edərək Dövlət Departamıntinin Suriya prezidenti Bəşar əl-Əsədin əleyhdarlarına 12 milyon dollar göndərdiyini yazır.

Dövlət Departamentinin müvəqqəti sözçüsü Mark Toner xəbərin detalları barədə məlumat verməktən imtina etsə də bunu da bildirib ki, Birləşmiş Ştatların Suriya və başqa ölkələrdə "vətəndaş cəmiyyəti" istəyən qruplara yardım üçün demokratiyanı inkişaf proqramı mövcutdur. Cənab Toner bunu da qeyd edib ki, prezident Əsəd "xalqının legitim arzularını nəzərə almalıdır".

Washington Post yazır ki, müxalifət qruplarına ödənişlər sabiq ABŞ prezidenti Corc Buşun Suriya ilə 2005-ci ildə diplomatik əlaqələri kəsməsindən sonra başlamışdır.

XS
SM
MD
LG