Accessibility links

ABŞ dövlət katibi Balkanlara səfərini Kosovoda başa vurub


ABŞ dövlət katibi Balkanlara səfərini Kosovoda başa vurub
ABŞ dövlət katibi Balkanlara səfərini Kosovoda başa vurub

ABŞ dövlət katibi Hillari Klinton bu gün Kosovoda alqışlanıb. Onu paytaxt Priştinada minlərlə etnik alban əllərində bayraqlarla qarşılayıb

ABŞ dövlət katibi Hillari Klinton bu gün Kosovoda alqışlanıb. Onu paytaxt Priştinada minlərlə etnik alban əllərində bayraqlarla qarşılayıb. Xanım Klintonun maşın kolonnası onun həyat yoldaşı və sabiq ABŞ prezidenti Bill Klintonun adını daşıyan prospekdən keçib. ABŞ dövlət katibi Kosovonun baş naziri Haşim Taci ilə görüşüb və günün sonunda serb anklavı Grananicanı ziyarət edib. Hillari Klinton Kosovoya bu respublikanın müstəqilliyini tanımaqdan imtina edən Serbiyadan gedib. İki il əvvəl müstəqilliyini elan edən Kosovo 70 ölkə tərəfindən müstəqil dövlət kimi tanınır.

XS
SM
MD
LG