Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton Polşadadır


Xanım Klinton Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə bu gün görüşüb

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton və onun polşalı həmkarı bu gün Krakov şəhərində raket əleyhinə müdafiə barədə razılıq imzalamışlar. Xanım Klinton Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə bu gün görüşüb. Onun bu gün eləcə də Demokratiyanın Təşviqi mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı gözlənilir. ABŞ dövlət katibinin prezident Lex Kaçinski də daxil edilmklə, aprel ayında Rusiyada təyyarə qəzasında həlak olan Polşa liderlərinin anım mərasiminə qatılacağı da planlaşdırılır.

Polşa ABŞ dövlət katibinin Şərqi Avropa ölkələri və Qafqaz regionuna səfərinin ikinci dayanacağıdır. Dövlət katibi Polşaya Ukraynadan getmiş və gələn həftə Azərbaycan, Ermanistan və Gürcüstana səfər edəcək.

XS
SM
MD
LG