ABŞ federal appelyasiya məhkəməsinin çıxardığı qərara əsasən Massaçusets ştatındakı ictimai məktəblərdə Birinci Dünya Müharibəsi zamanı ermənilərə qarşı genosid törədildiyini inkar edən dərsliklər tədris proqramından çıxarıla bilər. Bu qərarə aşağı instansiyalı məhkəmənin 1999-cu ildə çıxardığı qərarı təsdiq etmiş olur. Həmin qərarda on minlərlə erməninin Osmanlı türkləri tərəfindən qətlə yetirilməsini sual altında alan informasiyanın proqramdan çıxarılması dəstəklənmişdi. Məhkəməyə Amerikalı Türk Assosiasiyalaın Assamblyeası müraciət etmişdi. Assambleyanın vəkilləri tədirs materialının çıxarılmasını senzura kimi dəyərləndirmişdilər. Vəkillər həmçinin deyirdilər ki, 1915-23-cü illər arasında ermənilərin qətlyamını müasir türk perspektivindən görmək həmin hadisələrin daha balanslı şəkildə öyrənilməsinə töhfə verərdi.