Accessibility links

ABŞ istehlakçılarının xərcləmələri may ayında bir az artıb


Bu gün Ticarət Nazirliyi öz hesabatında bildirib ki, son ayda istehlakçı xərcləri ondan əvvəlki aydan 0.2 faiz artıq olub

ABŞ istehlakçılarının xərcləmələri may ayında bir az artıb. Baxmayaraq ki, əksər istehlakçılar hələ də pula qənaət edirlər, may ayında baş verən artım ABŞ iqtisadiyatının dirçəlməsinin göstəricisidir. Bu gün Ticarət Nazirliyi öz hesabatında bildirib ki, son ayda istehlakçı xərcləri ondan əvvəlki aydan 0.2 faiz artıq olub. Bu isə nəzərdə tutulmuş 0.1 faiz artımdan yuksəkdir. Aprel ayında istehlakçıların alıcılıq qabiliyyəti sabit qalıb. Məlumat verilir ki, may ayında əhalinin gəlirinin 0.4 faiz artmasına səbəb ABŞ hökumətinin vətəndaşları siyahıyaalma işlərinə cəlb etməsidir. Hesabatda həmçinin deyilir ki, ABŞ-ın qənaət həddi may ayında 0.4 faizə qalxmışdı. Aprel ayında isə həmin rəqəm 3.8 faiz idi. İstehlakçıların əksəriyyəti işsizlik və kredit məhdudluğu üzündən qazanclarına daha çox qənaət edirlər.

.

XS
SM
MD
LG