Accessibility links

ABŞ məhkəməsinin hakimi terror qrupunu dəstəkləyən biznesmenə hökm oxuyub


ABŞ məhkəməsinin hakimi terror qrupunu dəstəkləyən biznesmenə hökm oxuyub
ABŞ məhkəməsinin hakimi terror qrupunu dəstəkləyən biznesmenə hökm oxuyub

ABŞ-ın federal məhkəməsinin hakimi Çikaqodan olan biznesmeni ölkədən kənardakı terror təşkilatını dəstəkləməkdə və Danimarka qəzetinə qarşı hücum cəhdinə yardım etməkdə günahkar bilib.

Ancaq biznesmen 2008-ci il Mumbayda terror hücumlarının həyata keçirilməsinə dəstək ittihamı üzrə bəraət qazanıb.

Hakim iki günlük müşavirədən sonra Təhəvvür Rana barədə hokum bu gün oxuyub.

Prokurorlar Pakistanda doğulmuş kanadalını Jyllands-Posten qəzetinə qarşı planlaşdırılmış hücuma dəstəkdə ittiham edib. Bu qəzetin Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməsi müsəlman dünyasında qəzəbli etirazlara səbəb olmuşdu. Qəzetə qarşı planlaşdırılmış hücum həyata keçirilməyib.

Rana habelə Pakistanın yaraqlı qrupu olan Ləşkərii Teybəyə material dəstək göstərməkdə ittiham olunurdu. Bu qruplaşma 166 nəfərin həyatına son qoyan Mumbay hücumlarını həyata keçirib. Ancaq hakim Ranaya qarşı bu ittihamı rədd edib.

XS
SM
MD
LG