Accessibility links

ABŞ Mətbuatı: Türkiyə-Ermənistan yaxınlaşması və "erməni soyqırımı"


ABŞ Mətbuatı: Türkiyə-Ermənistan yaxınlaşması və "erməni soyqırımı"
ABŞ Mətbuatı: Türkiyə-Ermənistan yaxınlaşması və "erməni soyqırımı"

Bir tərəfdən ABŞ administrasiyası "soyqırımı" tanımaq üçün erməni diasporasının təzyiqləri ilə üzləşir, o biri tərəfdən isə rəsmi Ankara məsələnin gündəmə gətirilməsini Türkiyə-Ermənistan yaxınlaşmasına maneə kimi dəyərləndirir

Aprelin 24-nü erməni icması "soyqırım" günü elan edərək 1915-ci ildə Osmanlı İmperiyasında qətliam qurbanlarının xatirəsini yad etdilər. Bu arada isə ermənilərin “soyqırım” adlandırdığı olay qlobal siyasi arenada debat mövzusu olaraq davam edir. Bir tərəfdən ABŞ administrasiyası erməni diasporasının təzyiqləri ilə üzləşir, o biri tərəfdən isə rəsmi Ankara məsələnin gündəmə gətirilməsini Türkiyə-Ermənistan yaxınlaşmasına maneə kimi dəyərləndirir.

Bir vaxtlar siyasi namizəd kimi Barak Obama az qala bir əsr bundan öncə baş vermiş hadisələri genosid kimi tanıyacağını dəfələrlə vəd etmişdi. Ötən şənbə günü verdiyi bəyanatda Prezident Barak Obama Birinci Dünya Müharibəsi zamanı ermənilərin öldürülməsini 20-ci əsrin ən dəhşətli qətliamlarından biri adlandıraraq onu tarixin fəlakətli səhifəsi adlandırdı. Lakin ABŞ lideri genosid sözünü işlətməkdən yayındı. Washington Post qəzetinin yazdığına görə bəzi fəallar və siyasi rəsmilər Obamanın son bəyanatından məyusluqlarını gizlətmirlər. Amerikada Erməni Milli Komitəsinin sədri Ken Haçikyan prezidentin “erməni gensodini pisləməkdən və yad etməkdən boyun qaçırmasından kəskin şəkildə məyus olduğunu” bildirib. O, bu bəyanatı Türkiyəyə Amerikanın genosid siyasətinə təsir göstərməyə icazə verilməsinin əlaməti kimi tənqid edib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə cənab Obamanın bəyanatını “qəbuledilməz” adlandırıb. Amerikanın Türk Koalsiaysı yaydığı açıqlamnada Osmanlı tarixinin təlatümlü dövründə kütləvi müsəlman itkilərindən söz açılmamasını pisləyib. “Bəs Balkanlarda, Şərqi Türkiyədə, və Qafqazda etnik təmizləmə siyasəti nəticəsində beş milyon türkün öldürülməsi və beş milyon yarım adamın didərgin düşməsi Obamanın 20-ci əsrin ən dəhşətli olayları siyahısına niyə düşmür,” deyə koalisiyanın prezidenti Lincoln McCurdy öz hiddətini ifadə edib.

Prezident Obama qətliamı "genosid" adlandırmağın Türkiyə ilə münasibətləri pozacağının fərqindədir. Eyni zamanda "genosid" sözünü işlətməkdən yayınması onu seçki kampaniyası zamanı verdiyi vədə xilaf çıxarmış olur. Türkiyə və Ermənistan artıq bir müddətdir ki, aralarında uzun müddət davam edən soyuq münasibətlərə son qoymaq üçün səylər göstərirlər. Ölkələrin ötən oktyabrda imzaladıqları protokol Türkiyə-Ermənistan sərhədinin açılmasını və diplomatik münasibətlərin bərpasını nəzərdə tutur. Lakin Türkiyə-Ermənistan yaxınlaşmasını əngəlləyən faktor təkcə soyqırım məsələsi deyil.

New York Times qəzetində dərc olunan yazıda Dağlıq Qarabağ münaqişəsinin Türkiyə-Ermənistan münasibətlərində sülhün bərqərar olmasına törətdiyi maneədən bəhs olunur. Azərbaycan rəhbərliyi dəfələrlərlə Erməjistanın Qarbaşğ münaqişsi yoluna qoyulmadan regionda heç nəyə nail ola bilməyəcəyini bəyan edib. Rəsmi Bakı tələb edir ki, münasibətlər yoluna qoyulmazdan öncə ermənilər işğal etdikləri Azərbaycan ərazilərini tərk etsinlər. Hərbi büdcəsi petrodollarlar sayəsində şişmiş Azərbaycan tez-tez hərbi qüvvəyə əl atacağı ilə qarşı tərəfi təhdid edir. Bu ritorika Türkiyə ilə Ermənistan arasında sazişin imzalanmasından bəri daha kəskin xarakter alıb. “Bizim danışıqları davam etdirməyimiz bizim tərəfdən göstərilən başlıca kompromisdir," deyə Prezident İlham Əliyev bildirib. Müdafiə naziri Səfər Əbiyev isə Azərbaycan ordusunun Ermənistan ərazisindəki hədəfləri belə vurmağa qadir olduğunu söyləyib. Lakin ermənilərin əksər çoxluğu müharibədə əldə olunmuş torpaqları Türkiyə ilə münasibətləri normallaşdırmaq xatirinə geri qaytarmağı qəbuledilməz sayır.

Vaşinqtonda yerləşən Orta Asiya-Qafqaz İnstitutunun təmsilçisi Svante Kornel bu proses nəticəsində Azərbaycanın təcrid olunduğunu söyləyir. Belə ki, indiyədək öz xarici siyasətini ABŞ və Türkiyə sıx münasibətlər üzərində Azərbaycan rəhbərliyi çaşqınlıqla üzləşir. Hələlik məsələ gündəmdən çıxarılıb, lakin bir çox ekspertlər Azərbaycanda Türkiyə-Ermənistan yaxınlaşmasına qarşı ehtirasların uzun müddət soyumayacağı haqda xəbərdarlıq edirlər.

XS
SM
MD
LG