Accessibility links

Mişel Obama:"Amerikanın rifahı gələcək nəslin sağlamlığından asılıdır"


ABŞ-ın birinci xanımı Konqresi Uşaqların Düzgün Qidalanması haqqında qanun layihəsini qəbul etməyə çağırıb

ABŞ-ın birinci xanımı Mişel Obama Konqresdən Uşaqların Düzgün Qidalanması haqqında qanun layihəsini qəbul edərək mümkün qədər tez bir zamanda ABŞ məktəblərində yeməklərin keyfiyyətində köklü dəyişikliyə nail olunmasını istəyib. Washington Post qəzetində dərc olunan köşə yazısında xanım Klinton yazıb ki, layihə on milyonlarla uşağın düzgün qidalanmasına xidmət edəcək. Qanun məktəblərdən daha çox meyvə və tərəvəzdən istifadə edilməsini, o cümlədən duzlu və yağlı yeməklərin azaldılmasını tələb edir. Yazıda xanım Obama qeyd edir ki, ABŞ-da hər üç uşaqdan biri artıq çəkiyə malikdir. Mişel Obama Amerikanın rifahının gələcək nəslin sağlamlığından asılı olduğunu bildirib.

XS
SM
MD
LG