Accessibility links

ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri Tbilisidə görüşür


ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri Tbilisidə görüşür
ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri Tbilisidə görüşür

İclasa ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Tina Kaydanov sədrlik edəcək. Onunla birlikdə dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavininin köməkçisi Ketlin Fitspatrik də Gürcüstana gedib.

ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri Gürcüstanın paytaxtı Tbilisi şəhərində görüş keçirəcəklər. Görüşdə demokratiyanın inkişafı üzrə işçi qrupun iclası da olacaq. Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayza bu məqsədlə artıq Gürcüstana gedib.

Anspress agentliyinin məlumatına görə, iclasa ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Tina Kaydanov sədrlik edəcək. Onunla birlikdə dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavininin köməkçisi Ketlin Fitspatrik də Gürcüstana gedib. Toplantıda bölgədə yaranmış vəziyyət, regional təhlükəsizlik və iqtisadi əlaqələrin inkişafı müzakirə olunacaq.

XS
SM
MD
LG