Accessibility links

ABŞ Pakistana əlavə yardımlar ayıracaq


ABŞ Pakistana əlavə yardımlar ayıracaq
ABŞ Pakistana əlavə yardımlar ayıracaq

"Washington Post" qəzetinin yazdığına görə, ABŞ Pakistana əlavə yardımlar ayrılmasını planlaşdırır. Amerika rəsmilərinə istinadən bildirilir ki, Obama administrasiyası Pakistanın ordu, kəşfiyyat və iqtisadiyyatına dəstək verməyi düşünür. "Washington Post" yazır ki, Əfqanıstandakı durumla bağlı hesabata əsaslanaraq, ABŞ hökuməti Pakistanla sabit və etimada əsaslanan bir münasibət qurulmasının vacibliyini dərk edir. Hesabat Pakistanla əməkdaşlıq etməklə Pakistan-Əfqanıstan sərhədlərindəki yaraqlılara qarşı mübarizənin mühümlüyünü önə çəkir. Qəzet əlavə yardımların Amerikanın Paskistana lazımı dəstək verilmədiyini deyənlərin susdurulması mahiyyəti daşıdığını yazır.

XS
SM
MD
LG