Accessibility links

ABŞ prezidenti Barak Obamanın sözçüsü vəzifəsini tərk edir


ABŞ prezidenti Barak Obamanın sözçüsü vəzifəsini tərk edir
ABŞ prezidenti Barak Obamanın sözçüsü vəzifəsini tərk edir

ABŞ prezidenti Barak Obamanın sözçüsü vəzifəsini tərk edir. Ağ Evin mətbuat katibi Robert Gibbs fevral ayının əvvəllərində istefa verəcəyini bəyan edib. Onun yerinə kimin təyin ediləcəyi hələ bəlli deyil. Prezident Obama 2012-ci il prezident seçkilərinədək aparatında dəyişiklik edəcəyini bildirib. ABŞ mətbuatının bildirdiyinə görə, prezident Vilyam Deleyi Prezident Aparatının rəhbəri vəzifəsinə təyin etməlidir. Bill Klintonun hakimiyyəti dövründə ticarət naziri olan Deley Çikaqo şəhərinin meri Riçard Deleyin qardaşıdır. ABŞ dövlət başçısının İqtisadi Müşavirlər Şurasının sədri Larri Sammersin yerinə başqa bir şəxsi təyin edəcəyi gözlənilir.

XS
SM
MD
LG