Accessibility links

ABŞ və Almaniya Əlcəzair hökumətini hüquqlara hörmət etməyə səsləyir


ABŞ və Almaniya Əlcəzair hökumətini hüquqlara hörmət etməyə səsləyir
ABŞ və Almaniya Əlcəzair hökumətini hüquqlara hörmət etməyə səsləyir

ABŞ və Almaniya Əlcəzair rəsmilərinə müraciət edərək müxalifətin ikinci nümayişə çağırışına kəskin reaksiya verməməyə çağırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü P.J. Krouli bildirib ki, Vaşinqton Əlcəzair təhlükəsizlik qüvvələrini qüvvədən istifadə etməməyə çağırır və əlcəzairlilərin universal toplaşma və ifadə azadlıqlarını dəstəkləyir.

Əlcəzairin müaxlifət partiyalarından ibarət koalisiya və insan hüquqları qrupları qarşıdan gələn cümə günü paytaxtda yeni anti-hökumət yürüşü keçirməyi planlaşdırır. Bu ölkədə uzun müddətdir ki, nümayişlərə qadağalar tətbiq olunub.

XS
SM
MD
LG