Accessibility links

ABŞ və Cənubi Koreya donanmalarının birgə hərbi təlimləri başa çatır


ABŞ və Cənubi Koreya donanmalarının birgə hərbi təlimləri başa çatır
ABŞ və Cənubi Koreya donanmalarının birgə hərbi təlimləri başa çatır

ABŞ və Cənubi Koreya donanmalarının birgə hərbi təlimləri Sarı Dənizdə başa çatmaq üzrədir. Lakin rəsmilər əlavə təlimlərin keçiriləcəyini bildirirlər. Cənubi Koreya Müdafiə Nazirliyinin rəsmiləri bildirirlər ki, nazirlik dekabrdan başlayaraq ABŞ-la bərabər növbəti hərbi təlim keçirməyə hazırlaşır. Cənub qüvvələri həmçinin gələn həftə canlı atəşin müşayiəti ilə artilleriya təlimi keçirəcəklər. Çərşənbə günü başa çatan birgə hərbni təlimlər ABŞ-la Cənubi Koreyanın son aylarda keçirdikləri ən irimiqyaslı təlimlər olub. Manevrlərdə minlərlə dənizçi, 75 təyyarə, USS Corc Vaşinqton da daxil olmaqla, 10 hərbi gəmi iştirak edib.

XS
SM
MD
LG