Accessibility links

ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayır


ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayır
ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayır

Cümə günü başlayacaq birgə hərbi təlimlərdə iştirak etmək üçün 40 000 ABŞ və Yaponiya əsgəri Cənubi Koreya sahilləri yaxınlığında mövqe tutublar. “İti Qılınc” adlı manevr artıq bir ildir ki, planlaşdırılır. Lakin Yaponiya rəsmiləri Şimali Koreyanın Cənubi Koreyaya artilleriya hücumunun ardınca hərbi əməkdaşlıq nümayişini alqışladıqlarını deyirlər. Bir həftə davam edəcək təlimlər Sakit Okean hövzəsi qüvvələrinin ötən həftə Pxenyanın Cənubi Koreya adasına hücumuna reaksiya kimi qiymətləndirilir. Həmin hücum zamanı dörd cənubi koreyalı həlak olmuşdu. Cənubi Koreya bazar ertəsi həmin ərazidə yeni artilleriya təlimləri keçirəcəyini bildirib.

XS
SM
MD
LG