ABŞ vitse prezidenti Co Bayden bu gün Obama administrasiyasının döyüş əməliyyatlarına rəsmən son qoyması ərəfəsində İraqa gəlib. ABŞ səfirliyinin işçiləri müxbirlərə bildiriblər ki, cənab Baydenin təyyarəsi Bağdad aeroportuna yerli vaxtla axşam saat 6-da enib. Sabah prezident Barak Obamanın Amerika qüvvələrinin İraqdan çıxarılması ilə bağlı nitq söyləyəci gözlənilir. 2007-ci ildə 170 minə çatmış ABŞ hərbi kontingentindən İraqda yalnız 50 min qalacaq. Əlavə olaraq bundan sonra İraq qüvvələri tərəfindən xahiş edilmədiyi təqdirdə ABŞ qüvvələri hərbi əməliyyatlar keçirməyəcəklər. Cənab Baydenin İraqda siyasi liderlərlə görüşərək ABŞ-ın İraqın gələcəyindəki rolunu müzakirə edəcəyi gözlənilir.